Əsas Səhifə > Güney Press, Araşdırma > XAÇMAZ POLİSİNDƏ İŞGƏNCƏ MAŞINI (FOTOLAR)

XAÇMAZ POLİSİNDƏ İŞGƏNCƏ MAŞINI (FOTOLAR)


16-10-2012, 09:29
XAÇMAZ POLİSİNDƏ İŞGƏNCƏ MAŞINI (FOTOLAR)
İŞGƏNCƏYƏ MƏRUZ QALAN ŞƏXS HƏDƏLƏNİR

"Xaçmaz Rayon Polis Şöbəsində polis əməkdaşlarının mənə verdiyi işgəncələrdən şikayət etdiyim üçün polis şöbəsinin əməkdaşları məni hədələyirlər". Bunu Xaçmaz şəhərinin Səid Qurbanov küçəsi, ev 6-da yaşayan və polislər tərəfindən işgəncələrə məruz qaldığını deyən Eyvaz Vaqif oğlu Ələskərov bildirib.

Onun sözlərinə görə, sentyabr ayında rayon polis şöbəsinin əməkdaşları onu saxlayaraq polis şöbəsinə aparıblar və orada ona dəhişətli işgəncələr veriblər: "Sentyabr ayının 12-də saat 12:30-da mağazadan evimizə gələndə evin qarşısında "Fiat" markalı avtomobil gördüm. Həmin maşından mülki geyimdə olan polis əməkdaşı Əli Almazov maşından düşərək qolumu burub, məni maşına saldı. O özünü təqdim də etmədi. Bu vaxt bizim evdən Xaçmaz Rayon Polis Şöbəsinin cinayət-axtarış şöbəsinin rəisi Amil Fərzəliyevin çıxdığını gördüm. Onun ardınca atam Vaqif Ələskərov küçəyə çıxaraq "uşağımı hara aparırsınız?" deyəndə Əli Almazov onu itələyib maşının qapısını bağladı. Onlar məni polis şöbəsinə gətirərkən yolda döydülər. Polis şöbəsinin qarşısında olanda Əli Almazov boynumdakı gümüş boyunbağı ilə məni boğmağa başladı. Polis şöbəsinin qarşısında məni döyə-döyə ikinci mərtəbəyə çıxartdılar. Onlar polis şöbəsində məni bir otağa salıb, vəhşicəsinə döyməyə başladılar. Mənə küçə söyüşləri söyərək təhqir edirdilər. Özümə qarşı bu münasibəti görəndə Azərbaycan vətəndaşı olmağıma şübhə ilə yanaşdım. Orada bir saat məni şillə və təpiklə döydükdən sonra Səxavət adlı polis əməkdaşı dizlərimin üstündə oturdu. Amillə Əli isə ayaqlarımın altına dəyənəklə vurmağa başladılar. Onlar məcburi qaydada paltarlarımı soyunduraraq tanımadığım biri - Cəllad Məmməd oğlu Bayramovun ölümündə mənim müqəssir olduğumu deyərək döyürdülər. Təxminən onlar məni üç saat döydülər. Onlar bununla ölüm işini zorla boynuma qoymaq istəyirdilər".

E.Ələskərov bildirdi ki, C.Bayramov haqda onun heç bir məlumatı olmayıb və həmin adamı tanımayıb. E.Ələskərov qeyd etdi ki, polislər onu döyərkən onların bu hərəkətlərində şikayət edəcəyini deyib: "Onların bu qanunsuz hərəkətlərindən şikayət edəcəyimi deyəndə Əli ilə Amil dedi ki, bu haqda kimə və ya hansısa orqana müraciət etsəm, məni həyatda yaşamağa qoymayacaqlar. Dedilər ki belə olan halda cibimə narkotik atıb tutacaqlar. Mən onlara cinayət törətmədiyimi və mənə verilən işgəncələrin qanunsuz olduğunu dedim. Bundan sonra onlar məndən izahat aldılar. İzahatımı alandan sonra saat 21:30-a kimi məni polis şöbəsinin zalında saxladılar və sonra sərbəst buraxdılar. Həmin gecə isgəncələr nəticəsində aldığım ağrılardan əziyyət çəkdim. Onlar məni o qədər döymüşdülər ki, sidik ehtiyacımı ödədiyim zaman qan da gəlirdi. Bu barədə məndə həkimdən arayış və analizlərin cavabı da var". E.Ələskərlinin dediyinə görə, ekspertizadan keçmək üçün sentyabrın 13-də Xaçmaz şəhər mərkəzi xəstəxanasına gedib, orada onun polis tərəfindən döyüldüyünü biləndə ekspertizadən keçirməyiblər: "Orada Anar adlı tibbi ekspertiza həkiminə müraciət etdim. O məni qeydiyyat şöbəsində Aslan adlı həkimin yanına göndərdi. Aslan polis tərəfindən döyüldüyümü biləndə məni başından elədi. Yenidən Anar həkimin yanına qayıtdım və onlardan şikayət edəcəyimi dedim. O dedi ki prokurorluğun rəyi olmadan mənə ekspertiza rəyi çıxara bilməz. Rayon prokurorunun köməkçisinin qəbulunda oldum və başıma gələnləri ona danışdım. O, Anar həkimə zəng edərək mənə tibbi ekspertiza rəyinin verilməsini məsləhət gördü. Amma prokuror köməkçisinin müraciətinə baxmayaraq xəstəxanadan mənə ekspertizanın rəyini vermədilər. Dedilər ki, həmin rəyi rayon prokurorunun şəxsi göstərişi olmadan verə bilməzlər. Aslan həkim məni qeydiyyata almadığına görə, ondan baş həkimə şikayət edəcəyimi söylədim. Bundan sonra o məni qeydiyyata aldı və rentgendən keçirib döyülərək xəsarət aldığmı qeyd etdi".

E.Ələskərov rastşaldığı işgəncələrlə və qanunsuzluqlarla bağlı prezident İlham Əliyevə, Heydər Əliyev Fondunun rəhbəri Mehriban Əliyevaya, baş prokuror Zakir Qaralova, daxili işlər naziri Ramil Usubova, ombudsman Elmira Süleymanovaya, İşgəncələr Əleyhinə Azərbaycan Komitəsinin rəhbəri Elçin Behbudova müraciət etdiyini dedi. E.Ələskərov bu şikayətlərinə görə, hazırda polislər tərəfindən həbslə hədələndiyini də bildirdi: "Müraciətimdə mənə işgəncə verən şəxslərin cəzalandırılmasını da xahiş etmişəm. Şikayət etdiyimə görə, mənə təzyiq və təhdid edilir. Hətta məni həbslədə hədələyirlər".

Qeyd edək ki. E.Ələsgərov rayonda tikinti işlərində usta kimi işləyir.

Məsələ ilə bağlı Xaçmaz Rayon Polis Şöbəsi ilə əlaqə saxlamaq istəsək də, cəhdlərimiz baş tutmadı. Yazı ilə bağlı adları çəkilən şəxlərin, o cümlədən qeyd olunan polis şöbəsinin rəhbərliyinin mövqeyini öyrənməyə hazırıq.

Aşağıdakı fotolarda E.Ələskərova ayaqlarından neçə işgəncələrin verildiyi açıq-aydın görünür.
XAÇMAZ POLİSİNDƏ İŞGƏNCƏ MAŞINI (FOTOLAR) DİA.AZ - Ramiz Təhməzov

XAÇMAZ POLİSİNDƏ İŞGƏNCƏ MAŞINI (FOTOLAR)
XAÇMAZ POLİSİNDƏ İŞGƏNCƏ MAŞINI (FOTOLAR)
XAÇMAZ POLİSİNDƏ İŞGƏNCƏ MAŞINI (FOTOLAR)
Geri qayıt