Əsas Səhifə > Güney Press, Araşdırma > ƏLİ ABBASOV GENERALA QARŞI DAVA AÇDI

ƏLİ ABBASOV GENERALA QARŞI DAVA AÇDI


16-10-2012, 08:59
ƏLİ ABBASOV GENERALA QARŞI DAVA AÇDI
ƏLAĞA HÜSEYNOVUN BORCUNU ÖDƏMƏK LAZIMDIR

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin «Aztelekom» İstehsalat Birliyi Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, general-mayor Arzu Rəhimovu məhkəməyə çəkib.

Bu barədə mia.az-a daxil olan məlumatda bildirilir ki, nazirliyin belə bir addım atmasının səbəbi Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin varisi olduğu keçmiş hərbi komissarlıqların telefon borclarını bu günədək ödəməmələridir: «Nazirlik Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin keçmiş Respublika Hərbi Komissarlığı və rayon hərbi komissarlıqlarının bazasında yaradıldığını əsas gətirib, köhnə borclar da daxil olmaqla, bütün borcları, yəni abunə və danışıq borclarını general Arzu Rəhimovun rəisi olduğu xidmətdən tələb edir.

Hazırda “Aztelekom” İstehsalat Birliyi Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə və bu xidmətin Qobustan şöbəsinə qarşı qeyd olunan borcların ödənilməsini tələb edən iddia qaldırıb. Lakin nazirliyin iddia ərizəsini araşdıran birinci instansiya məhkəməsi – 1 saylı Bakı İnzibati –İqtisadi Məhkəmə borcun köhnə illərə aid olduğunu, həmçinin borcun Respublika Hərbi Komissarlığı dövrünü əhatə etməklə bərabər, bu qurumun büdcə təşkilatı olduğu əsas gətirib, iddianı təmin etmədi. Lakin Rabitə Nazirliyi birinci məhkəmə instansiyasının bu qətnaməsindən razı deyil. Ona görə də apellyasiya şikayəti veriblər».

Məlumata görə, nazirliyin tabeliyindəki birliyin şikayəti hazırda Bakı Apellyasiya Məhkəməsində hakim Elmira Nağıyeva tərəfindən araşdırılır: «Hakim iş üzrə sabah, yəni ayın 16-na iclas təyin edib. Həmin iclasda nazirliyin general-mayorun rəhbərlik etdiyi quruma qarşı şikayətlərinə hüquqi qiymət veriləcək».

Borcun məbləğinə gəlincə, bunu və tərəflərin mövqeyini dəqiqləşdirə bilmədik.

Geri qayıt