Əsas Səhifə > Cəmiyyət > RÖVNƏQ ABDULLAYEVİN ADAMINA QARŞI QİYAM

RÖVNƏQ ABDULLAYEVİN ADAMINA QARŞI QİYAM


15-10-2012, 11:57
RÖVNƏQ ABDULLAYEVİN ADAMINA QARŞI QİYAM
«AZƏRİQAZ»IN İŞÇİLƏRİ AYAĞA QALXDI

Dövlət Neft Şirkətinin tabeliyində olan «Azəriqaz» İstehsalat Birliyindəki qanunsuzluqlar pik həddə çatıb. Artıq qanunsuz işdən azad olunanlar birliyə qarşı iddialar qaldırır, işləyən əməkdaşlar isə öz haqlarını açıq şəkildə tələb etməyə başlayıblar.

Bu barədə mia.az-a daxil olan məlumata görə, «Azəriqaz» Dövlət Neft Şirkətinin tabeliyinə verildikdən sonra işdən azad olunanlar işlərinə bərpa olunmaq üçün hüquqi müstəvidə mübarizələrini davam etdirirlər. Belələrindən biri də keçmiş rəhbərliyin dövründən «Azəriqaz»da işləyən, yeni rəhbər Əkbər Hacıyevin isə «standart»larına cavab vermədiyinə görə işdən azad olunmuş Teymur Teymurzadədir ki, o, «Azəriqaz» və bu qurumun rəhbərinin «fatı qalx, fatı otur” prinsipi ilə i.ləyən Həmkarlar İttifaqı Komitəsinə qarşı iddia qaldırıb: «Teymur Teymurzadə işdən qanunsuz azad edildiyini iddia edərək, məhkəmədən işə bərpa olunmasını və maddi təzminat tələb edir: «O, “Azəriqaz” İB və “Azəriqaz” İB-nin Həmkarlar İttifaqı Komitəsini cavabdeh qismində məhkəməyə cəlb eləyib. Lakin Xətai və Bakı Apellyasiya Məhkəmələrində haqqını bərpa edə bilməyib. İş li Məhkəmədən yenidən Bakı Apellyasiya Məhkəməsinə qaytarılıb. Hazırda Teymur Teymurzadənin şikayəti Bakı Apellyasiya Məhkəməsində hakim İlqar Xələfovun sədrliyi ilə araşdırılır».
Bizi məlumatlandıran «Azəriqaz»ın adının çəkilməsini istəməyən əməkdaşının sözlərinə görə, Teymur Teymurzadənin işi üzrə oktyabrın 10-a nəzərdə tutulmuş prosesdə hakim İlqar Xələfov qərarını elan etməyib: «Hakim işi oktyabrın 24-ə təxirə salıb. Yəqin ki, həmin günü Ali Məhkəmədən qayıtmış iş üzrə qərarını açıqlayacaq».

Məhkəmə işi ilə bağlı Azəriqaz»da işləyən işçilərin, xüsusi ilə əlil işçilərin hüquqlarının da kobud şəkildə pozulduğunu deyən müsahibimizin sözlərinə görə, əvvəllər əlil işçilərin maaşlarının üstünə 10 faiz əlavə vəsait olunsa da, hazırda bu artım da aradan qaldırılıb: «Həmçinin, keçmiş rəhbərliyin vaxtında büllütenə çıxan əlil işçilərin pulu 150 faizlə hesablanıb ödənilirdi. İndisə birlikdə yuxarıda sadalanan güzəştlərin hamısı ləğv olunub. Bütün bunlara isə «Azəriqaz»ın Həmkarlar İttifaqı Komitəsi də göz yumur. Təsəvvür edin ki, nəinki bütün işçilərin, hətta kvota əsasında işləyən əlillərə belə, normal əmək şəraiti yaradılmayıb. Bundan əlavə, 15-20 il «Azəriqaz»da işləyən işçilərə xəstəlik kağızı alanda və ya məzuniyyətə çıxanda çox az pul yazılır. Ancaq Əkbər Hacıyevə yaxın olanlar bu və ya digər məsələlərdə çoxluqdan fərqləndirilir. Bütün bunlar isə narazılığı pik həddə çatdırıb».

Məlumatlı şəxs deyir ki, ilin sonuna qədər «Azəriqaz»dakı ayrı-seçkilik və digər qanunsuzluqlar aradan qaldırılmasa, o zaman 100-dək işçi piketə çıxacaq: «Artıq bununla bağlı işçilər arasında anlaşma yaranıb. Səsimizi hakim dairələrə çatdırmaq üçün bundan savayı yolumuz qalmayıb”.

Qarşı tərəfdən məsələyə münasibət öyrənmək mümkün olmayıb.

Geri qayıt