Əsas Səhifə > Ölkə > MAHİR QULİYEVİN DİVARLARI UÇDU

MAHİR QULİYEVİN DİVARLARI UÇDU


15-10-2012, 11:10
MAHİR QULİYEVİN DİVARLARI UÇDU
DİVARLARA VURULMUŞ BƏZƏK DAŞLARI QOPUB

Büdcənin pullarını mənimsəmək üçün bütün oyunlardan çıxan icra başçılarının bu zaman bəzən bəxtləri gətirsə də, bəzən də bəxt onlardan yana olur. Həmin «bəxtsiz» başçılardan biri də Biləsuvarın rəhbəri Mahir Quliyevdir.
TİA.AZ xəbər verir ki, bir neçə gün əvvəl Milli Qəhrəman Mübariz İbrahimovun atası Ağakərim kişini «İran cəsusu» adlandırmaqda ittiham olunan icra başçısı, həmin vəziyyətdən çıxmaq üçün bir qədər çətinlik çəkməli olmuşdu. Hətta bununla bağlı rayonda hələ də narazılığın olduğuna dair məlumatlar var.

Lakin icra başçısının başını bəlaya salacaq daha bir məsələ də baş verməkdədir. İş belədir ki, Biləsuvarda divarların yenilənməsi və üzlənməsi adı altında həyata keçirilən prosesin «zayı» çıxmağa başlayıb. TİA.AZ-a verilən məlumata görə, rayonda «abadlıq işləri» adı altında həyata keçirilən divarların üzlük daşlarla bəzədilməsi proses yenicə başa çatan kimi, onlar qoparaq yerə düşməyə başlayıb. Sakinlərin dediyinə görə, həmin üzlüklər heç 2 ay deyil vurulmuşmuş. Lakin bircə dəfə yüngülvari yağış yağan kimi, hamısı sıradan çıxmağa başlayıb.
Onlar deyirlər ki, Mahir Quliyev öüdcə pullarını yedikdən sonra görüntü yaratmaq istəyib. Amma alınmayıb. Çünki daşın divarda qalması üçün sement lazım gəlib və onun ayırdığı pul isə sementə belə çatmayıb.

Təbii ki, belə yeyintiləri bütün icra başçıları edirlər və Mahir Quliyev də onlardan biridir. Amma məsələ belədir ki, Hesablama Palatası yaxın günlərdə Biləsuvarda yoxlama aparmaq üçün gələcək. Üstəlik, Maliyyə Nazirliyinin də yoxlama üçün yola çıxdığına dair məlumatlar mövcuddur. Belə olan təqdirdə, Mahir Quliyevin hansı xərclərə düşəcəyi aydın məsələdir.

Geri qayıt