Əsas Səhifə > Şou-biznes > XURAMAN ŞUŞALI İKİNCİ DƏFƏ ANA OLDU

XURAMAN ŞUŞALI İKİNCİ DƏFƏ ANA OLDU


15-10-2012, 09:37
XURAMAN ŞUŞALI İKİNCİ DƏFƏ ANA OLDU
MÜĞƏNNİ KÖRPƏSİNƏ NƏNƏSİNİN ADINI QOYUB

Tanınmış müğənni Xuraman Şuşalı ikinci dəfə ana olub.

Lent.az-ın məlumatlna görə, oktyabrın 14-də səhər saatlarında müğənninin qızı dünyaya gəlib.

Müğənni Lent.az-a açıqlamasında özünün və körpəsinin vəziyyətinin yaxşı olduğunu deyib. Özünü olduqca xoşbəxt hiss etdiyini söyləyən müğənni bildirib ki, hazırda ana və bala xəstəxanadadırlar. Onlar 3 gündən sonra evə buraxılacaq.

Müğənni hələ bir neçə ay əvvəl Lent.az-a açıqlamasında qızına nənəsinin adını (Surə) qoyacağını söyləmişdi. Körpə dünyaya gələn kimi ona Surə adı veriblər.

Qeyd edək ki, müğənninin Məhəmməd Mehdi adında bir oğlu var.

Geri qayıt