Əsas Səhifə > Hadisə > GƏNCƏDƏ ZƏNCİRVARİ YO QƏZASI

GƏNCƏDƏ ZƏNCİRVARİ YO QƏZASI


15-10-2012, 09:30
GƏNCƏDƏ ZƏNCİRVARİ YO QƏZASI
QƏZA NƏTİCƏSİNDƏ YARALANANLAR VAR

Gəncənin Mirzə Abbas Abbaszadə küçəsində zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.

SalamNews-un bölgə müxbirinin verdiyi xəbərə görə 99 CZ 870 nömrə seriyalı opel-astra markalı minik maşını 51 BA 792 nömrə seriyalı vaz 21011 markalı minik avtomobilini vurub. Həmin avtomobil havada dövrə vuraraq yolun sağına düşüb. İdarə etməni itirən "Opel-astra" minik maşınının sürücüsü bu dəfə özünü 20 CV 119 nömrə seriyalı "Mersedes" markalı avtomobilə çırpıb. Hadisə zamanı 2 nəfər xəsarət alıb. Birinin alın nahiyyəsi yaralanıb, digərinin isə burnu sınıb.

Şahidlərin dediyinə görə, hadisə "Opel-astra" markalı minik maşınının sürət həddinin aşmasından baş verib. Hadisə yerinə Gəncə DYP-nin təhqiqatçısı və təcili tibbi yardım maşınları gəlib. Xəsarət alanlar dərhal şəhərdəki 3 saylı təcili tibii xəstəxanasına çatdırılıb. Xəstələrdən biri ilkin tibii yardımdan sonra evə buraxılıb, digəri isə tramatalogiya şöbəsinə yerləşdirilib.

Hadisə yerində olan təhqiqatçı müsahibə verməkdən imtina etdi.

Geri qayıt