Əsas Səhifə > Sosial, Manşet > ƏHƏD ABIYEVİ HANSI QRUPLAŞMA HƏDƏFƏ ALIB?

ƏHƏD ABIYEVİ HANSI QRUPLAŞMA HƏDƏFƏ ALIB?


15-10-2012, 09:04
ƏHƏD ABIYEVİ HANSI QRUPLAŞMA HƏDƏFƏ ALIB?
PA-NIN NƏZARƏTİNDƏ OLAN ATV KANALI DA BÖYRƏK QALMAQALINA YER AYIRDI

DİA.AZ: - Məlum olduğu kimi, son günlər Daşkəsənin icra başçısı Əhəd Abıyevin adı mətbuatda hallandırılır. Belə ki, keçmiş millət vəkilinin adı böyrək qalmaqalında hallandırılır.

Xatırladaq ki, oktyabrın 8-də saat 15.00 radələrində Dənizkənarı Milli Parkda, Saat qülləsinin yaxınlığında Sabunçu rayonunun Mayakovski küçəsi ev 2, mənzil 6 ünvanında yaşayan 1966-cı il təvəllüdlü Cəbrayılova Elyanora Lətif qızı özünü dənizə atıb. Dənizdən sağ çıxarılmış qadın polisə ifadəsində bildirib ki, keçən il böyrəyini Daşkəsən rayonunun İcra Hakimiyyətinin başçısı Əhəd Abıyevin qardaşı Səməd Abıyevə satıb, lakin həmin şəxs böyrəyə görə söz verdiyi 50 min dollar pulu ona verməyib.

Qeyd edək ki, bununla bağlı mətbuata açıqlama verən Əhəd Abıyev bildirib ki, əslində həmin qadına vəd olunan pul ödənilib. Onun iddiasına görə, Elyanora Cəbrayılovaya 15 min dollar söz verilibmiş və həmin pul də verilib. Amma sonradan kimlərsə həmin qadından istifadə edib, onlara qarşı kampaniya aparır.

Əslində Əhəd Abıyev yanılmır və artıq kifayət qədər ictimailəşən bu məsələni məhz kimlərsə gündəmdən düşməyə qoymurlar. DİA.AZ bildirir ki, hətta hansısa bir oyuna cəlb olunduğunu yaxşı dərk edən Elyanora Cəbrayılovanın özü belə geri çəkilsə də, həmin maraqlı qüvvələr Əhəd Abıyevin adını hallandırmaqda davam edirlər.

Bazar günü isə Prezident Administrasiyasının nəzarəti altında olan «ATV» kanalının cinayət işi proqramında yenidən bu hadisəyə xüsusi yer ayrılıb. Doğrudur, kanalın reportajında Əhəd Abıyevin üzərinə yeriməsələr də, hadisənin aktuallığının qorunmasına cəhdlər aşkar surətdə hiss olunan idi.

Geri qayıt