Əsas Səhifə > Dünya > “RUSİYANI RUSLARA QAYTARAQ!” (FOTO)

“RUSİYANI RUSLARA QAYTARAQ!” (FOTO)


4-11-2011, 18:56
“RUSİYANI RUSLARA QAYTARAQ!” (FOTO)

RUS NEOFAŞİSTLƏRİ GÜC NÜMAYİŞ ETDİRDİ

Bu gün Rusiyada Xalq Birliyi Günü qeyd edilib. Rus millətçiləri ölkənin 60 regionunda, o cümlədən Moskvanın Lyublino rayonunda “Rus marşı” adı altında etiraz aksiyası keçiriblər.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, aksiya iştirakçılarının hədəfi hazırkı iqtidar, Şimali Qafqaz və keçmiş sovet dövlətlərindən olan immiqrantlardır. Millətçilər indiki hakimiyyətin rus xalqının tələblərinə cavab vermədiyini, dotasiya regionu sayılan Şimali Qafqaza maliyyə yardımının dayandırılmasını və immiqrantların ölkədən qovulmasını tələb ediblər.

4 noyabr – Xalq Birliyi Günü Rusiyanın ənənəvi yox, müasir bayramlarından sayılır. 2005-ci ildə Rusiya prezidenti Vladimir Putin bu günü qeyd etmək haqqında sərəncam imzalayarkən, bu günün təkcə rusların yox, rusiyalıların birliyinə xidmət edəcəyini fikirləşirdi. Lakin bayram günlərindən rus millətçiləri siyasi təbliğat məqsədilə istifadə etməyə başladılar. Hər il 4 noyabrda Rusiyanın küçə və meydanlarında milli ayrı-seçkiliyi təbliğ edən şüarlar səsləndirilir. Maraq doğuran məqamlardan biri isə Rusiya hökumətinin bu kimi aksiyaların keçirilməsinə icazə verməsidir.

Bugünkü aksiya Moskvanın Lyublino rayonunda yerləşən Prerva küçəsindən Bratislavskaya metrosuna qədər olan ərazidə keçirilib. Nümayişçilərin sayı 20 mindən çox olub. Moskva polisi qanlı toqquşmaların baş verməməsi üçün nəzarəti gücləndirib. Belə ki, xüsusi təyinatlı polis dəstələri yerdən və havadan (helikopterlərlə) aksiyaya nəzarəti həyata keçirib. Öndə yol polisi – nümayişçilərin arxasınca isə zirehli yük maşınları aksiya iştirakçılarını müşayiət ediblər. Aksiyada iştirak edən şəxslər bir-bir polis nəzarətindən keçib. Onların üstündə soyuq silahlar, dəyənəklər aşkarlanıb. Nümayiş iştirakçıları sırasında bütün yaş kateqoriyalarına rast gəlmək olardı.

Aksiya zamanı “Rusiyanı ruslara qaytaraq!”, “Rus xalqının azadlığı və hüquqları üçün!”, “Rusiya rusların torpağıdır!”, “Qafqazı yedizdirməyi dayandırın!”, “Rus regionların qarət eləməyi dayandırın!”, “Dələduzların və oğruların partiyası rədd olsun!” şüarları səsləndirilib.


“RUSİYANI RUSLARA QAYTARAQ!” (FOTO)
“RUSİYANI RUSLARA QAYTARAQ!” (FOTO)
“RUSİYANI RUSLARA QAYTARAQ!” (FOTO)
Geri qayıt