Əsas Səhifə > Cəmiyyət > ZİYA MƏMMƏDOVUN İŞÇİSİNİ DÖYÜB ÖLDÜRDÜLƏR
ZİYA MƏMMƏDOVUN İŞÇİSİNİ DÖYÜB ÖLDÜRDÜLƏR12-10-2012, 11:49 |
BU DƏFƏ ƏKSİ OLDU Bakıda qətl hadisəsi törədilib. Hüquq-mühafizə orqanlarından Lent.az-a verilən məlumata görə, oktyabrın 10-da saat 23 radələrində Qurd Qapısı adlanan ərazidə yerləşən qəbiristanlıqdakı yolda dayanmış “Mersedes C200” markalı avtomobilin arxa oturacağında 1961-ci il təvəllüdlü Cəfər Axundovun meyiti tapılıb. İlkin araşdırmalardan sonra onun daxili orqanlarının zədələndiyi, qabırğalarının sındırıldığı müəyyənləşib. Həmçinin meyitin üzərində çoxsaylı sıyrıqlar, zərbə izləri aşkarlanıb. Qeyd edək ki, öldürülmüş şəxs Nəqliyyat Nazirliyində dəmir yolu müfəttişi işləyirmiş. Onun kim və ya kimlər tərəfindən döyülərək öldürülməsi hələlik məlum deyil. Faktla əlaqədar cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir. Geri qayıt |