Əsas Səhifə > Hadisə > ZABİTLƏRİMİZ YOL QƏZASINA DÜŞÜBLƏR

ZABİTLƏRİMİZ YOL QƏZASINA DÜŞÜBLƏR


12-10-2012, 10:24
ZABİTLƏRİMİZ YOL QƏZASINA DÜŞÜBLƏR
HƏR ÜÇ ZABİT AĞIR XƏSARƏT ALIB

Azərbaycan Ordusunun zabitləri yol qəzasına düşüb.

Baş Dövlət Yol Polisi İdarəsindən APA-ya verilən məlumata görə, hadisə ötən gecə Bakı-Şamaxı yolunda, Pirəkəşkül qəsəbəsi ərazisində qeydə alınıb. Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinin zabitləri – kapitan Elşən Əliyev, leytenant Yaşar Mütəllimov və kapitan Ceyhun Zeynalov taksidə gedərkən qəzaya düşüblər. Nəticədə taksinin sürücüsü və hər üç zabit ağır xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdiriliblər.

Fakt bağlı araşdırma aparılır.

Geri qayıt