Əsas Səhifə > Hadisə > İSRAİLLƏ ƏLAQƏLƏRİMİZ ZƏİFLƏYİB

İSRAİLLƏ ƏLAQƏLƏRİMİZ ZƏİFLƏYİB


4-11-2011, 17:32
İSRAİLLƏ ƏLAQƏLƏRİMİZ ZƏİFLƏYİB

AZƏRBAYCAN ƏN ÇOX İTALİYADAN MAL İDXAL EDİR

Azərbaycanın ticari tərəfdaşlarının strukturunda dəyişiklik olub. Məsələn, ilin 9 ayında Azərbaycandan İsrailə ixracat 62% azalaraq $517 mln təşkil edib. Bunun nəticəsində bu ölkə Azərbaycanın ticari tərəfdaşları olan ilk beş ölkə sırasından çıxıb.

İdxalçı ölkələr beşliyinə əvvəlkitək İtaliya başçılıq edir – 35,77%. 2011-ci ilin 9 ayında Azərbaycan İtaliyada $7 mlrd-lıq məhsul satıb. Onun ardınca 15,16%-lə Fransa gəlir. Üçüncü-beşinci yerləri ABŞ (6,16%), Rusiya (4,55%) və Ukrayna (4,45%) bölüşür.

Azərbaycanın mal idxal etdiyi ölkələrin coğrafiyası daha çox diversifikasiya olunub. Rusiya birinciliyi əldən vermir. 2011-ci ilin 9 ayında $1,22 mlrd-la idxalın 17,8%-i ona məxsusdur. Ardınca 12,94%-lə ($890 mln) Türkiyə gəlir. Üçüncülük Almaniyanındır – 9,46% ($650 mln.). Çin (6,59%) və ABŞ ($408 mln) dördüncü və beşinci yerləri tutur. Çindən idxalın artım tempi (18%) ABŞ-dan idxal artımı tempindən geri qalır (2,5 dəfə).


Geri qayıt