Əsas Səhifə > Partiya > YAP QADINLAR ŞURASINDAN GÜLƏR ƏHMƏDOVA AÇIQLAMASI

YAP QADINLAR ŞURASINDAN GÜLƏR ƏHMƏDOVA AÇIQLAMASI


11-10-2012, 12:29
YAP QADINLAR ŞURASINDAN GÜLƏR ƏHMƏDOVA AÇIQLAMASI
“MÜNASİBƏTİM ÇOX PİSDİR”

“Gülər Əhmədovaya münasibətim çox pisdir”. Bu sözləri YAP Qadınlar Şurasının sədri Nurlana Əliyeva eks-millət vəkili ilə bağlı qalmaqala münasibətini Modern.az-a açıqlayarkən bildirib.

Gülər Əhmədova ilə bağlı məlum videomaterial və bu fonda davam edən hadisələrə toxunan YAP Qadınlar Şurasının sədri bununla bağlı özünün xüsusi münasibətinin olmadığını deyib.

“Məsələyə xüsusi munasibət bildirməyin mənası yoxdur”- deyən Şura sədri eyni zamanda onunla danışan əməkdaşımızın da məsələylə bağlı mövqeyi ilə maraqlanıb.

“Xüsusi münasibət bildirməyimin mənası yoxdur. Münasibət necə olmalıdır? Sizin münasibətiniz necədir?”-deyə N. Əliyeva soruşub.

“Jurnalist də bu ölkənin vətəndaşıdır. Qadınlar Şurasının sədri də bu ölkənin vətəndaşıdır. Gülər Əhmədovaya münasibətim necə ola bilər sizcə? Münasibətim çox pisdir”-deyə Şura sədri vurğulayıb.

Qeyd edək ki, hazırda YAP-ın üzvü olan sabiq deputat Gülər Əhmədova hakim partiyanın Qadınlar Şurasında da təmsil olunur.

Geri qayıt