Əsas Səhifə > Sosial, Manşet > NƏ BAŞ VERİR: HAKİMİYYƏT SİYASİ YÖN DƏYİŞİR?

NƏ BAŞ VERİR: HAKİMİYYƏT SİYASİ YÖN DƏYİŞİR?


11-10-2012, 11:10
NƏ BAŞ VERİR: HAKİMİYYƏT SİYASİ YÖN DƏYİŞİR?
PREZİDENTİN bp-YƏ YÖNƏLİK İTTİHAMLARI ÇOX CİDDİ MESAJDIR

DİA.AZ: - Məlum olduğu kimi, prezident İlham Əliyev dünyanın ən nəhəng şirkətlərindən olan «British Petrolium»un ünvanına olduqca ağır ittihamlar səsləndirib. Hər halda, «bp»-nin hansı əhəmiyyətdə və çəkidə bir şirkət olduğunu təkrarlamağa ehtiyac yoxdur. Sadəcə olaraq, bir məsələni vurğulamaq yerinə düşər: Bu şirkət heç də təkcə neft çıxarıb satmaqla məşğul deyil və bu şirkət həm də anqlo-amerikan iqtisadi-siyasi marağının ifadəsində mühüm mövqeyə malikdir.

Xatırlayırsınızsa, bir neçə il əvvəl, daha dəqiqi, 2007-ci ildə ingilis kəşfiyyatçılarından biri Les Abrahams adlı şəxs olduqca ilginc etiraflarda bulundu. Azərbaycanda 1993-cü ildə və ondan sonrakı müddətdə baş verən olaylarla bağlı danışan Böyük Britaniya kəşfiyyatının sabiq agenti ABŞ mətbuatına açıqlamasında bildirmişdi ki, o ərəfədə «bp» Azərbaycanda dövlət çevrilişinə dəstək verməklə yanaşı, neft kontraktının imzalanmasında da rüşvətlə bir sıra istəklərini həyata keçirib.

Doğrudur, sonradan bu çıqlamalar həm «bp-Azerbaijan» tərəfindən və həm də rəsmi Bakı tərəfindən təkzib olundu. Amma Les Abrahams oxşar açıqlamalarını sonradan da davam etdirdi. Bu hadisə isə hər halda keçmiş ingilis casusunun söylədiklərinin tam olaraq həqiqətə uyğun olduğunu təsdiqləməsə də, «bp»nin Azərbaycanın ictimai-siyasi gündəmində zamanında mühüm mövqedə dayanmasını təsdiqləyən ciddi fakt idi.

İndi isə Azərbaycan hakimiyyəti «bp»dən imtina qərarını verib. DİA.AZ bildirir ki, əslində çox mühüm bir qərarı verən rəsmi Bakının bu gedişini kimlərsə manevr hesab edirlərsə, yanılırlar. Çünki burada heç bir oyun oynanılmır və prezident İlham Əliyev net şəkildə mövqe ortaya qoyub. Bu isə həm də ABŞ-Azərbaycan, Azərbaycan-Böyük Britaniya münasibətlərinin hansı həddə olmasını sübutlayır. Bu həm də Azərbaycanın bundan sonra üzünü hansı istiqamətə tutacağını da tam çılpaqlığı ilə ortaya qoyur.

Əslində İlham Əliyevin «bp» kimi bütün dünyaya yalnız koloniyaçı gözü ilə baxan bir şirkətdən imtina qərarı olduqca ciddi bir hadisə hesab olunmalıdır. Haqlı olaraq türkiyəli analitiklər artıq Azərbaycan prezidentinin bu açıqlamasını Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın illər əvvəl Beynəlxalq Valyuta Fondundan imtinasına bənzətdilər. Həmin zaman Ərdoğan yəhudi asılılığından qurtulurdu, İlham Əliyev isə Azərbaycanın üzərindəki anqlo-amerikan sömürgəçiliynə son qoymuş olur.

Hər halda, müstəqil bir dövlət üçün belə mühüm qərarların verilməsi müsbət hadisə kimi xarakterizə olunmalıdır.

Geri qayıt