Əsas Səhifə > Siyasət, Manşet > SOYDAŞIMIZDAN SAAKAŞVİLİYƏ QARŞI İDDİA

SOYDAŞIMIZDAN SAAKAŞVİLİYƏ QARŞI İDDİA


11-10-2012, 10:36
SOYDAŞIMIZDAN SAAKAŞVİLİYƏ QARŞI İDDİA
“MİXAİL SAAKAŞVİLİ ARTIQ ANLADI Kİ, BORÇALIDAN SƏS ALA BİLMƏYƏCƏK”

DİA.AZ: - Gürcüstan Türkləri Konfederasiyasının (GTK) prezidenti Daşqın Gülməmmədov DİA.AZ-a açıqlamasında atasının ölümü ilə bağlı şok ittihamlar səsələndirib.

Belə ki, Gürcüstanın xüsusi xidmət orqanlarını iyyiham edəb soydaşımız hətta bir çox rəsmilərin adlarını da açıqlayıb: “Mənim atam Gülməmməd Gülməmmədovun 2007-ci ilin 27 noyabırında ürək partlamasından ölməsinə görə birbaşa məsuliyyəti postunu tutan Vano Merbaişvili və Əks-Kəşfiyyat Departamentinin eks-icraçı direktoru şalva Jqenti daşıyırlar. 2007-ci ildə mən, Gürcüstan prezidentliyinə namizəd F.Əliyevin Seçki Qərargahının spikeri olarkən saxta ittiham əsasında Gürcüstan Əks-Kəşfiyyat Departamenti tərəfindən həbs edildim.

Azərbaycanlı namizədin president seçkisində iştirakından qorxan Mixail Saakaşvili anladı ki, Borçalıdan səs ala bilməyəcək. Bu isə nə ona nə də müxalifətin vahid namizədi Levan Qaçeçiladzeyə birinçi turda məğlubiyyət demək idi. Məni məhz həmin vaxt Gürcüstanın Daxili İşlər Naziri vəzifəsini tutan Vanə Merabişvilinin göztərişi əsəasında Əks-Kəşfiyyat Departameni həbs etdi.

Əvvəlcə dövlət çevrilişi hazırlamaqada, sonar isə irqi-ayrı seçkilik salmaqda ittiham etdilər. Mənim həbs edilməm atamın qəfil ürəyinin partlamasına səsb oldu. Hətta o vaxt tanınmış vəkil xanım Lali Apçiaurinin məni müdafiə etməsinə belə əngəl oldular. Mən Vano Merabişivilinin və Əks-Kəşfiyyat Departamentinin eks-direktoru Şalva Jqentinin ölüm həddinə çatdırma maddəsi ilə cəzalandırılmalarına nail olacağam. Atam. Gürcüstan Azərbaycanlıları Milli Assambleyası (GAMA) Ali Məclisinin üzvü Gülməmməd Güləmmədov M.Saakaşvili rejiminin mənəvi-psixoloji terrorunun qurbanıdır.

Onun ölümündə hətta həmin zaman Gürcüstan prezidentinin səlahiyyətlərinin icra edən Nino Burcanadzenin belə payı var. Bu adamlar mütləq məsuliyyətə cəlb edilməlidirlər. Mən Gürcüstanın yeni Baş prokuroru təyin edilən kimi Vano Merabişvili və Şalva Jqentiyə cinayət işi qaldırlması üçün rəsmi müraciət göndərəcəm”.

Geri qayıt