Əsas Səhifə > Şou-biznes > RƏQSANƏ QIZINI HANSI YOLA APARIR?

RƏQSANƏ QIZINI HANSI YOLA APARIR?


11-10-2012, 09:34
RƏQSANƏ QIZINI HANSI YOLA APARIR?
AYSUN İTALYANLARDAN DƏRS GÖTÜRÜR

Populyar estrada müğənnisi Rəqsanə İsmayılovanın qızı Aysun Moskvada italyan dizaynerlərdən dərs almaqdan ötrü kurslara yazılıb.

Hazırda İstanbulda olan müğənni əməkdaşımızla söhbəti zamanı məlumatın doğru olduğunu təsdiqlədi: “Aysun, nəhayət ki, istəyinə nail oldu və Moskva şəhərində İtaliyanın tanınmış modelyer və dizaynerlərinin dərs dediyi kurslarında tələbə olmaq şansını qazandı.

Bir neçə gündür dərslərə başlayıb. İstanbulda dost məclisində iştirak etmək üçün prodüserim Səbinə ilə birlikdə Türkiyəyə gəlmişəm. Amma tezliklə Moskvaya qayıtmalıyıq.

İnşallah, Aysun bir neçə aydan sonra diploma sahib olduqda qızımın tikəcəyi libaslardan fərqli moda nümayişi də təşkil edəcəyik”.

Rəqsanə açıqlamasının sonunda bildirdi ki, Aysun müvəqqəti Rusiyada yaşayacağı üçün o, Bakıya oktyabrın sonlarında qayıdacaq. \ milli.az \

Geri qayıt