Əsas Səhifə > Gündəm, Manşet > DAHA BİR MƏMURA QARŞI DƏLƏDUZ İTTİHAMI GƏLİR

DAHA BİR MƏMURA QARŞI DƏLƏDUZ İTTİHAMI GƏLİR


11-10-2012, 09:06
DAHA BİR MƏMURA QARŞI DƏLƏDUZ İTTİHAMI GƏLİR
CAVİD QURBANOV MİNGƏÇEVİRLİ SAHİBKARIN PULUNU NECƏ MƏNİMSƏYİB?

DİA.AZ: - Son zamanlar barəsində müxtəlif məlumatlar yayılan «Azəryolservis» ASC-nin prezidenti, millət vəkili Cavid Qurbanovla bağlı redaksiyamıha ilgin bir xəbər ötürülüb. Məlum olur ki, əslində ASC prezidentinin gedişi ilə bağlı qərar çoxdan verilib, sadəcə olaraq ABU-nun keçmiş rektoru Elşad Abdullayevin yaratdığı videoqalmaqalın nəticəsində Gülər Əhmədovanın mandatının əlindən alınması hadisəsi bir növ Cavid Qurbanovun qanının arasına girib.

DİA.AZ-a bu barədə danışan məlumatlı mənbə bildirir ki, Cavid Qurbanovla bağlı qərarı vermiş qüvvələr istəməyiblər ki, ikinci bir deputatın adı ilə əlaqədar skandal ictimailəşsin.

Onu da bildirək ki, bu arada ASC prezidentinin başının əlavə olaraq problemlərə qatılması haqda da xəbərlər yayılıb. Söhbət borc məsələsindən gedir. Məlumatlı qaynağın iddialarına görə, Cavid Qurbanovun bir neçə sahibkara çox böyük həcmdə borcu var ki, həmin borclardan biri ilə bağlı qalmaqal da yaranıb:

«Cavid Qurbanovun əsas adamı olan Xaqani ASC prezidentinin adından mingəçevirli iş adamı Muxtarov Yasindən külli miqdarda pul alıb və hələ də həmin puldan xəbər yoxdur. Bu vaxta qədər Cavid Qurbanov öz mövqeyindən istifadə edərək borclu olduğu şəxsi susdura bilib. Amma bu dəfə durumu gərgin olduğundan artıq proseslərə nəzarət edə bilmir və gözlənilir ki, borc sahibi müvafiq dövlət qurumlarına müraciət edib, ASC prezidentini dərəduzluqda ittiham etsin».

Geri qayıt