Əsas Səhifə > Ölkə > HACIBALA ABUTALIBOV ETİRAZÇILARI QƏBUL ETDİ

HACIBALA ABUTALIBOV ETİRAZÇILARI QƏBUL ETDİ


4-11-2011, 15:52
HACIBALA ABUTALIBOV ETİRAZÇILARI QƏBUL ETDİ

AMMA ETİRAZLARII QƏBUL ETMƏDİ

Noyabrın 4-də Şəmsi Bədəlbəyli və Mirzaga Əliyev küçələrinin 30-a yaxın sakini Bakı meriyasının qarşısında aksiya keçirib. Onlar evlərinin sökülməsinə və 1 kvadratmetrə görə 1500 manat verilməsinə narazılıq bildiriblər. Vətəndaşlar hesab edir ki, bu vəsaitə şəhərdə mənzil almaq mümkün deyil.

“Turan”ın məlumatına görə, polis meriyanın mərkəzi girişində sakinləri küncə sıxışdırıb, vətəndaşların plakatlar qaldırmasına imkan verilməyib. Mer Hacıbala Abutalıbov piketçilərin nümayəndələrini qəbul edib. Lakin danışıqlar nəticəsiz qalıb. Görüş iştirakçılarından biri bildirib ki, Hacıbala Abutalıbov dövlətin kompensasiyanın məbləğini artırmaq niyyətində olmadığını bəyan edib.


HACIBALA ABUTALIBOV ETİRAZÇILARI QƏBUL ETDİ
HACIBALA ABUTALIBOV ETİRAZÇILARI QƏBUL ETDİ
HACIBALA ABUTALIBOV ETİRAZÇILARI QƏBUL ETDİ
HACIBALA ABUTALIBOV ETİRAZÇILARI QƏBUL ETDİ
Geri qayıt