Əsas Səhifə > Ölkə, Manşet > İRANDAN AZƏRBAYCANA DAHA BİR İNQİLAB ÇAĞRIŞI

İRANDAN AZƏRBAYCANA DAHA BİR İNQİLAB ÇAĞRIŞI


10-10-2012, 13:53
İRANDAN AZƏRBAYCANA DAHA BİR İNQİLAB ÇAĞRIŞI
FARS-MOLLA REJİMİ DİNİ SÜMÜRGƏÇİLİKLƏ MƏŞĞULDUR

DİA.AZ: - Fars-mola rejiminin deputatlarından biri «Azərbaycan İranla qonşu olduğundan sionistlər İslam İnqilabı təfəkkürünün bu ölkəyə təsirindən qorxular» şəklində absurd bir açıqlama verib. Aşağıda diqqətinizə çatdıracağımız həmin açıqlamadan belə aydın olur ki, rəsmi Tehran Azərbaycanda sionistlərin hakim olduğunu iddia edir və bununla yanaşı, Azərbaycan dindarlarını üsyana səsləyən bəyanatlarla çıxış edir.

DİA.AZ bildirir ki, İrandan gələn bu kimi çağırışlar ilk dəfə deyil ki, səslənir. Buna qədər də belə çağırışlar olub ki, bu da əslində molə rejiminin Azərbaycanı içdən qarışdırma arzularının təzahüründən başqa bir şeç deyil.

İranın xüsusi xidmət orqanlarına aid «AranNews» portalında yer almış həmin materialı diqqətinizə çatdırırıq:

«İslami Şura Məclisinin Mədəniyyət Komissiyasının üzvü Əli Mütəhhəri sionistlərin Azərbaycanda İslam təlimlərinin genişlənməsindən qorxuya düşmələri barədə açıqlama verərək deyib: “Kommunistlrin 70 il müddətində Azərbaycan kimi ölkələri İslamdan ayıra bilmədikləri kimi sionistlər də bunu bacarmayacaqlar. Xüsusilə də şiə ölkəsi olan Azərbaycanı”.

Əli Mütəhhəri vurğulayıb: “Hicabın orta məktəb müəssisələrində qadağan olunması nə domokratiya, nə azadlıq və nə də bu dövlətin iddia etdiyi digər mövzularla uyğun deyil və Azərbaycan xalqı hökumətin anti-İslam hərəkətləri qarşısında möhkəm müqavimət göstərməlidirlər. İnşallah, qalib olarlar”.

Keçən cümə günü Azərbaycanda yüzlərlə müsəlmanın iştirakı ilə Təhsil Nazirliyinin qarşısında orta məktəblərdə hicab qadağasına etiraz olaraq aksiya keçirildi. Polis qüvvələrinin müdaxiləsi aksiya iştirakçıları ilə təhlükəsizlik qüvvələri arasında qarşıdurma yaranmasına səbəb oldu və bu qarşıdurmada onlarla aksiya iştirakçısı və polis xəsarət aldı.

Pollis, hərbi və Təhlükəsizlik nazirliyinin qüvvələrinin aksiyanın qarşısını almasına baxmayaraq, aksiyaçılar hicab qadağasının ləğv olunmasına qədər öz etirazlarını davam etdirəcəklərini bildiriblər».

Geri qayıt