Əsas Səhifə > Cəmiyyət > “AZƏRSU”NUN SABİQ ŞEFİ HAQDA ŞOK İDDİA

“AZƏRSU”NUN SABİQ ŞEFİ HAQDA ŞOK İDDİA


10-10-2012, 11:00
“AZƏRSU”NUN SABİQ ŞEFİ HAQDA ŞOK İDDİA
RZAYEVİN PULLARİ BANKLARDA DÖVR EDİR

Azərbaycanda ən strateji sahələrdən birinə məsul olan "Azərsu" Açıq Səhmdar Cəmiyyətində rəhbər dəyişikliyindən ilyarım keçir. Ötən ilin əvvəllərində bir az gözlənilən, bir az da gözlənilməz şəkildə səhmdar cəmiyyətdə rəhbər dəyişikliyi baş verdi. "Azərsu"nun o vaxtki rəhbəri Nizaməddin Rzayev görəvdən alındı.

Diqqətçəkən bir məqam oradadır ki, Rzayev vəzifəsindən uzaqlaşdırıldıqdan sonra çox keçmədən tamamilə unuduldu; əgər onunla bağlı rdaksiyamıza daxil olan bir məlumat olmasaydı, yəqin sabiq "Azərsu" şefini heç biz də xatırlamayacaqdıq.

Həmin məlumatda deyilir ki, Nizaməddin Rzayev bir müddət əvvəl Bakının Bilgəh qəsəbəsində yerləşən, kifayət qədər məşhur və dəbdəbəli bir restoranda övladlarından birinə təntənəli toy mərasimi təşkil edib. Təkcə toya dəvət olunan müğənnilərə 100-150 min manat məbləğində qonorar ödənildiyinin iddia olunduğu bilgilərdə bu mərasimin digər xərclərininin də 200 min manat civarında bir rəqəm təşkil etdiyi deyilir.

Əlbəttə, ilyarım əvvələdək bir səhmdar cəmiyyət sədri olmuş şəxsin bu qədər iri məbləğdən keçərək toy təşkil etməsi suallar yaradır. İstər-istəməz təəccüb meydana gəlir ki, Nizaməddin Rzayevdə bu qədər pul hardandır?

Əslində həmin sualın cavabı da çox sadədir: sabiq "Azərsu" şefi bu görəvdə çalışarkən adıçəkilən səhmdar cəmiyyətdə korrupsiya və yeyinti halları barədə xəbərlərin ard-arası kəsilmirdi. Bu qədər xəbərlərə rəğmən, Nizaməddin Rzayevin adı çox hallandırılmır, sanki belə bir görüntü yaradılırdı ki, o, "Azərsu"nun başında duran şəxs olsa da, bu, formal xarakter daşıyır: səhmdar cəmiyyətdəki korrupsiya əməliyyatlarında başqa "gizli əl" və ya "əllər" var.

Amma Rzayevin dəbdəbəli toy mərasimi keçirməsi barədə məlumatlar bir daha sübut edir ki, əslində bunlar məqsədli şəkildə yaradılmağa çalışan, alt niyyəti də səhmdar cəmiyyət rəhbərini tənqid və məsuliyyətdən kənarda tutmağa hesablanan əsassız fondan başqa bir şey deyilmiş. Çünki o qədər xərci sabiq "Azərsu" şefi qurumdakı iddia olunan fantastik korrupsiya əməliyyatlarından kənarda qalsaydı, necə çəkə bilərdi? Vaxtilə səhmdar cəmiyyət sədrliyindən aldığı quru maaşla ən bahalı və dəbdəbəli paytaxt rstoranlarından birində bu qədər gözqamaşdırıcı toy mərasimi qura bilərdimi?

Əslində Nizaməddin Rzayvlə bağlı iddialardakı bir başqa məqam da onun rəhbərliyi dövründə "Azərsu"da ciddi yeyintilərin baş verdiyinə dair uzun müddət ərzində müstəqil media və eksprtlərin yazdıqlarını, söylədiklərini təsdiqləyir. Bu da ondan ibarətdir ki, sabiq səhmdar cəmiyyət rəhbərinin yerli və xarici bir neçə bankda iri miqdarda vəsaitləri yatır; həmin vəsaitlər sözügedən banklara "Azərsu"nun sabiq rəhbərinə yaxın və qohum olan şəxslərin adına sənədləşdirib. Bunun özü də adıçəkilən səhmdar cəmiyyətdə Nizaməddin Rzayevin rəhbərlik etdiyi dövrdə kifayət qədər qaranlıq maliyyə əməliyyatlarının aparıldığını təsdiqləyir, əks halda həmin vəsaitlərin qaynağı hara ola bilər?

Bu bank hesabları iddiası eyni zamanda əminliklə belə bir iddiada bulunmağa da əsas verir ki, açıq səhmdar cəmiyyətdəki həmin şübhəli, qaranlıq maliyyə əməliyyatlarında birbaşa iştirak məhz qurumun o vaxtki sədrinə məxsusdur.

Əslində bunu Rzayev işdən azad edilrkən bəzi KİV-lərin yazdıqları da təsdiqləyirdi. Həmin vaxt qəzetlər və kspertlər bildirirdilər ki, sabiq "Azərsu" sədri məhz ona qarşı korrupsiya şübhələrinin, ələlxüsus da 1 milyard manatdan artığa başa gələn Oğuz-Qəbələ-Bakı su kəmərinin büdcə vəsaitlərini şübhəli xərcləməyə və nəticədə layihənin keyfiyyətli şəkildə başa çatdırılmamasına görə "vurulub".

İndi yayılan iddialar da əslində sübut edir ki, adıçəkilən səhmdar cəmiyyətin sabiq rəhbərinin görəvdən uzaqlaşdırılmasında və ona başqa bir vəzifə postu tibar edilməməsində həlledici rol məhz mənimsəmələrlə, yeyintilərlə bağlıdır. Mövzuya qayıdacağıq. \ unikal.org \

Geri qayıt