Əsas Səhifə > Güney Press, Araşdırma > ŞOK: ALİ TƏHSİL ALANLAR DİLİMİZİ BİLMİR

ŞOK: ALİ TƏHSİL ALANLAR DİLİMİZİ BİLMİR


10-10-2012, 10:40
ŞOK: ALİ TƏHSİL ALANLAR DİLİMİZİ BİLMİR
MİSİR MƏRDANOV HANSI DİLDƏ DƏRS VERİR?

Azərbaycan Respublikası Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Dövlət Komissiyasının sədri Bəhram Xəlilov Azərbaycan dilini bilməyən dövlət qulluqçularının xidməti fəaliyyətinə xitam verilməsi ilə bağlı səslənən təkliflərə münasibət bildirib.

APA-nın məlumatına görə, jurnalistlərə açıqlamasında komissiya sədri deyib ki, son bir ildə dövlət qulluğunda işə qəbulla əlaqədar keçirilən test imtahanlarında namizədlərin Azərbaycan dili üzrə biliklərini müəyyənləşdirmək üçün suallar daxil edilir. Beləliklə, dövlət qulluqçusu olmaq istəyən hər bir şəxsin dövlət dilindən bilikləri yoxlanılır:

“Bu, zərurətdən irəli gəlirdi. Ötən il ali təhsil müəssisələrini bitirənlərin dil bilikləri, xüsusilə də Azərbaycan dilində yazmaq qabiliyyəti çox aşağı idi. İnzibati vəzifə tutan hər bir şəxsin dil biliklərinə görə işdən azad edilməsinə fərdi qaydada yanaşmaq lazımdır. Onların dövlət qulluğuna xitam verilməsi qanunvericiliyə uyğun olmalıdır”.

Geri qayıt