Əsas Səhifə > Güney Press, Araşdırma > GÜLƏR ƏHMƏDOVANIN QARDAŞI İŞDƏN ÇIXARILDI

GÜLƏR ƏHMƏDOVANIN QARDAŞI İŞDƏN ÇIXARILDI


10-10-2012, 10:19
GÜLƏR ƏHMƏDOVANIN QARDAŞI İŞDƏN ÇIXARILDI
O DA VİDEOQALMAQALIN QURBANIDIR

Azərbaycan Beynəlxalq Universitetinin keçmiş rektoru Elşad Abdullayev və sabiq deputat Gülər Əhmədova arasındakı "mandat bazarlığı" ilə bağlı video qalmaqal ölkə gündəmini zəbt edib.

Milliyyet.az-ın məlumatına görə, Gülər Əhmədovanın qardaşı Vüqar Əliyev Heydər Əliyev Adına Hava Limanındakı Gömrük Məntəqəsindəki işindən azad olunub. Xəbərdə qeyd olunur ki, ABU-nun sabiq rektoru Elşad Abdullayevin yaydığı video görüntü ilə bağlı başlanmış cinayət işi üzrə G. Əhmədova oktyabrın 9-da Bakı Şəhər Prokurorluğunda iki saata yaxın ifadə verib.

Bu olaydan sonra G.Əhmədovanın qardaşına ərizə yazdıraraq işdən çıxarıblar. V.Əliyev işdən çıxarılması ilə bağlı Dövlət Gömrük Komitəsinin rəisi Aydın Əliyevə bacısı Gülər Əhmədova vasitəsi ilə müraciət edərək işinə bərpa olunması barədə xahiş edib. Amma, bunun hər hansı bir nəticəsi olmayıb.

Geri qayıt