Əsas Səhifə > Ölkə, Manşet > LÜTFƏLİ BABAYEV YARIMÇIQ BİNANIN AÇILIŞINI EDİB
LÜTFƏLİ BABAYEV YARIMÇIQ BİNANIN AÇILIŞINI EDİB9-10-2012, 13:00 |
BU OLAY HƏM DƏ ONUN BİTİŞ NÖQTƏSİ OLUB DİA.AZ: - Bu günlərdə prezidentin səfər etdiyi rayonlardan birinin - Zərdabın icra başçısı Lütfəli Ağayevin də qara günləri başlayıb. Bu barədə məlumatı DİA.AZ-a Nazirlər Kabinetindəki qaynaq verib. Mənbənin sözlərinə görə, prezidentin son səfəri zamanı icra başçısının gördüyü bütün işlərdən heç də razı qalmayıb. Mənbənin söylədikləri: «Məsələn, mərhum prezident Heydər Əliyevin ucaldılan abidəsinin görüntüsünün prezidentin ürəyincə olmadığı bildirilir. Amma bununla yanaşı, Zərdabda inşa olunan və lenti prezident tərəfindən kəsilən yeni Gənclər Mərkəzi də prezident tərəfindən bəyənilməyib və mərkəzin binasının planda iki mərtəbəli olmasına baxmayaraq, bir mərtəbədə tikilərək tələsik şəkildə istifadəyə verilməsi də dövlət başçısının nəzərindən yayınmayıb». Mənbəmiz bildirir ki, bu məsələ ilə əlaqədar sonradan Prezident Administrasiyasının Zərdabda olan nümayəndələri icra başçısını sorğu-suala tutublar və Lütfəli Babayev özünü əsaslandırmağa çalışıb: «O, bildirib ki, gənclər mərkəzinin inşaat işləri səfərə qədər yetişmədiyindən, binanın tikintisini yarımçıq dayandırmalı olublar». Onu da bildirək ki, Lütfəli Babayev Qafqaz Müsəlmanları Ruhani İdarəsinin rəisi Allahşükür Paşazadə tərəfindən himayə olunur və onun qardaşı, Şirvanın axundu Hacı Xanəli hətta ağır cinayət əməllərində ittiham olunsa da, Şeyxin nüfuzu sayəsində məsuliyyətdən kənarda qalmağı bacarıb. Amma bu dəfə Babayev qardaşlarının üzünün gülməyəcəyi şübhəsizdir. Çünki gələn məlumatlarda Lütfəli Babayevin durumunun gərgin olduğu və bu günlərdə onun vəzifəsindən azad ediləcəyi söylənilir. Şeyxin hakimiyyət içindəki mövqelərinin son zamanlar zəifləməsi fonunda onun öz adamını layiqincə müdafiə etməsi də gözlənilən deyil. Geri qayıt |