Əsas Səhifə > Cəmiyyət > ADAM SİFFİN ERMƏNİ SEVGİSİ
ADAM SİFFİN ERMƏNİ SEVGİSİ4-11-2011, 13:32 |
KONQRESSMEN QARABAĞ SEPARATÇILARINA 10 MİLYON DOLLAR AYRILMASINI TƏKLİF EDİB Noyabrın 3-də konqresmen Adam Şiff Senatın alt komitələrinə və Nümayəndələr Palatasına xarici əməliyyatlar üzrə ayırmalarla bağlı məktub göndərərək onları USAİD və Dövlət Departamentini Dağlıq Qarabağa humanitar yardım və proqramların inkişafı üçün $10 milyon ayırmağa çağırmağı xahiş edib. “Azərbaycanın davam etməkdə olan hərbi ritorikasını nəzərə alaraq, ABŞ-ın Dağlıq Qarabağ xalqının özünü təyinetmə hüququnu dəstəkləməsi vacibdir”, - Şiff vurğulayıb. “Bu vəsait Qarabağdakı adamlara həm Türkiyə və Azərbaycan tərəfindən ikiqat blokada nəticəsində yaranmış böhranın öhdəsindən gəlməyə imkan yaradacaq, həm də sizin münaqişənin dinc yolla nizamlanmasına sadiq olduğunuzu nümayiş etdirməklə regionda durumu sabitləşdirəcək”, - məktubda vurğulanır. Təəssüf ki, Dövlət Departamenti Dağlıq Qarabağa vəsaitin ayrılması barədə Konqresin əvvəlki tövsiyəsini yerinə yetirməyib, Şiff qeyd edir. Qeyd edək ki, Adam Şiff Frenk Pallone və digər konqresmenlərlə birgə ABŞ-da erməni lobbisinin parlaq nümayəndələridir. Geri qayıt |