Əsas Səhifə > Şou-biznes > XUMAR QƏDİMOVA “ŞÜKÜR Kİ, ÖLMƏMİŞƏM” DEDİ

XUMAR QƏDİMOVA “ŞÜKÜR Kİ, ÖLMƏMİŞƏM” DEDİ


9-10-2012, 09:33
XUMAR QƏDİMOVA “ŞÜKÜR Kİ, ÖLMƏMİŞƏM” DEDİ
BUNUN ARDINDAN DA “ƏLLƏRİM” GƏLİR

Tanınmış müğənni Xumar Qədimova uzun müddət fasilədən sonra yenidən gündəmdədir. SİA-nın məlumatına görə, müğənni bu dəfə “Şükür ki, ölməmişəm” adlı kompozisiyasını təqdim edib. Yeni mahnısı haqqında açıqlama verən Xumar Qədimova bildirib ki, sözügedən mahnıya tezliklə klip çəkdirəcək: “Xatırlayırsınızsa, “Sevgi harayı” mahnımın təqdimatı zamanı demişdim ki, Sona Vəliyevanın sərbəst vəznində yazdığı daha iki şeirinə mahnı bəstələyəcəm. Onlardan biri indi təqdim etdiyimiz “Şükür ki, ölməmişəm” mahnısıdır. İkinci mahnı isə hazırda aranjemanda olan “Əllərim” olacaq.

Xumar Qədimova onu da bildirib ki, sərbəst vəznində yazılan şeiri mahnıya çevirmək olduqca çətindir.

Qeyd edək ki, sözügedən mahnının sözləri Sona Vəliyevaya, musiqisi Xumar Qədimovaya, aranjemanı Yaşar Baxış və Mahir İbrahimova məxsusdur.

Geri qayıt