Əsas Səhifə > Güney Press, Araşdırma > SABİRABADDA GÜLMƏLİ VƏZİYYƏT

SABİRABADDA GÜLMƏLİ VƏZİYYƏT


9-10-2012, 08:45
SABİRABADDA GÜLMƏLİ VƏZİYYƏT
SİSTEMSİZ İŞİN NƏTİCƏSİ BELƏ OLAR

Yağış sularını axıtmaq üçün kanal qazılan zaman yerin altından ikincisi çıxdı

Sabirabad rayonunda həyata keçirilən abadlaşdırma və yenidənqurma işləri yaşayış məntəqəsinin mərkəzin döyüş meydanına çevririb. Verilən məlumata görə, yerli İcra Hakimiyyətinin nəzarəti altında həyata keçirilən tikinti işlərinin uzanması əhalidə narazılıq yaratmaqla yanaşı, yolları da keçilməz edib.

Lakin Sabirabadda aparılan işlər zamanı gülməli bir hadisə baş verib. Bu yolların kənarlarını qazaraq, yağış sularının axıdılması üçün kanal çəkilməsi zamanı məlum olub. Belə ki, həmin kanalı qazan zaman yerin altından eynisindən çıxıb. Məlum olub ki, heç də uzaq olmayan keçmişdə Sabirabadda bu cür kanal qazılıbmış.

Rayon sakinlərinin bununla bağlı yaydığı fotoşəkillərdən də aydın görünür ki, kanalların sayı ikidir. Və onlardan biri keçmiş icra başçısının dönəmində salınıb. Amma yeni icra başçısı köhnəni nəzərə almadan ikincisinin çəkilməsi prosesini dayandırmayıb.
Qeyd edək ki, belə bir addım büdcə pullarının silinməsi üçün düşünülmüş planın tərkib hissəsi kimi qəbul edilir. Sabirabadlılar hesab edirlər ki, hər gələn yeni icra başçısı bu cür addımlar atmaqla «qaz vurub, qazan doldurmaq» istəyirlər.

Geri qayıt