Əsas Səhifə > Güney Press, Üçüncü sektor > MALİYYƏ RƏİSİ SAMİR ŞƏRİFOVA QARŞI

MALİYYƏ RƏİSİ SAMİR ŞƏRİFOVA QARŞI


9-10-2012, 08:43
MALİYYƏ RƏİSİ SAMİR ŞƏRİFOVA QARŞI
QAZAXDA MAAŞ VƏ PENSİYALAR NİYƏ GECİKDİRİLİR?

"Qazaxın büdcə təşkilatlarında çalışanlar əmək haqqı ala bilmir. Həmçinin təqaüdlər də gecikdirilir". Bu sözləri "AzeriNews.org"a Qazax rayon sakinləri bildirib. Onların sözlərinə görə, hər dəfə əmək haqqı və təqaüdlər gecikdiriləndə bildirirlər ki, bütün günahlar rayon maliyyə idarəsinin rəisindədir. "Rayonda söz-söhbət gəzir ki, maliyyə idarəsinin rəisi icra başçısı ilə əlbir olaraq müəssislərə ayrılan pulları qəsdən gecikdirir və bu vaxt ərzində həmin vəsaitdən öz maraqları naminə istifadə edirlər. Bunun nə dərəcədə doğru olub-olmadığını deyə bilmərik. Amma məsələdir ki, rayonun maliyyə idarəsinin rəisindən bu barədə soruşanda heç bir cavab vermir. Hətta deyəndə ki, əgər bu məsələyə aydınlıq gətirilməsə maliyyə naziri Samir Şərifova müraciət olunacaq, yenə də rəis əhəmiyyət vermir. Görünür, Samir Şərifovu saymır".

Sakinlər deyir ki, hələ ki, bu məsələyə aydınlıq gətirilməyib. Əmək haqları və pensiyalar da həmişə olduğu kimi gecikdirilir. Qazaxlıların sözlərinə görə, əgər bu cür davam edərsə, Prezident Aparatına üz tutatcaqlar.

Geri qayıt