Əsas Səhifə > Cəmiyyət > DAHA BİR KORRUPSİYA HƏBSİ
DAHA BİR KORRUPSİYA HƏBSİ4-11-2011, 13:19 |
QƏRİB MƏMMƏDOVUN İŞÇİSİ YAXALANDI Azərbaycanın Qusar rayonunda idarə rəhbəri rüşvətə görə həbs olunub. Qusar rayon prokuroru Zahid Vəliyevin APA-nın şimal bürosuna verdiyi məlumata görə, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar Rayon Şöbəsinin müdiri Tasim Ramazanov Baş Prokuror Yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Bu haqda ətraflı məlumat verməyən Z. Vəliyev faktla bağlı Baş Prokurorluqda araşdırma aparıldığını bildirdi. Geri qayıt |