Əsas Səhifə > Siyasət, Manşet > RÖVNƏQ ABDULLAYEV SABİQ MTN-ÇİNİ «VURUR»

RÖVNƏQ ABDULLAYEV SABİQ MTN-ÇİNİ «VURUR»


4-11-2011, 13:15
RÖVNƏQ ABDULLAYEV SABİQ MTN-ÇİNİ «VURUR»

ARDNŞ PREZİDENTİ RƏŞAD ƏLİYEVİ NİYƏ HƏDƏFƏ ALIB?

DİA.AZ: - 2005-ci ilin parlament seçkilərində hazırki ARDNŞ prezidenti Rövnəq Abdullayevin (o zamanlar Rövnəq müəllim Bakı Neft Emalı Zavodunun direktoru idi -red.) seçki qərargahının rəhbəri olan və hal-hazırda ARDNŞ Təhlükəsizlik İdarəisinə başçılıq edən Rəşad Əliyev görəvindən uzaqlaşdırılır. Bu barədə «Dünya» İnformasiya Agentliyi redaksiyasını (dia.az) bilgiləndirən mötəbər qaynaq iddia edir ki, keçmiş MTN əməkdaşı olan Rəşad Əliyev heç də təsadüfi olaraq Rövnəq Abdullayevin hədəfinə tuş gəlməyib.

Mötəbər mənbənin sözlərinə görə, əslində ARDNŞ prezidentinin kifayət qədər yaxın adamı hesab olunan Rəşad Əliyev buraxdığı bir yanlışın güdazına gedir. Bu barədə mənbəmizin söylədikləri: «Rəşad Əliyev bu günlərdə məclislərin birində öz yaxın adamlarına bildirib ki, RövnəqAbdullayev onu Milli Təhlükəsizlik Naziri postuna hazırlayır».

Onu da xatırladaq ki, belə bir məlumat öncələrdə də mətbuat səhifələrinə yol tapmışdı. Və deyəsən, Rəşad Əliyev bu niyyətində ciddidir və həqiqətən də keçmiş iş yerinə, bu dəfə rəhbər kimi dönmək fikri var.

Mənbə bildirir ki, bu məlumat MTN rəhbərliyinin də qulağına çatdığından məsələ ilə bağlı Rövnəq Abdullayevdən hesabat istənilib: «Yəni həqiqətəndəmi Rövnəq Abdullayev Eldar Mahmudova qarşı kampaniyaya başlayıb - bu məsələ aydınlaşdırılmalı idi».

Belə bir niyyətinin olmadığını ifadə edən ARDNŞ prezidenti isə öz növbəsində Rəşad Əliyevi yanına çağıraraq onu ciddi şəkildə tənbeh edib və hətta ona konkret vaxt da qoyub: «Yaxın günlərdə Rəşad Əliyev istefaya göndəriləcək».

Geri qayıt