Əsas Səhifə > Cəmiyyət, Manşet > UNİVERSİTET REKTORU GƏRGİN DÖVRLƏRİNİ YAŞAYIR

UNİVERSİTET REKTORU GƏRGİN DÖVRLƏRİNİ YAŞAYIR


8-10-2012, 12:30
UNİVERSİTET REKTORU GƏRGİN DÖVRLƏRİNİ YAŞAYIR
FAKTLAR PROKURORLUĞA ÖTÜRÜLƏ BİLƏR

DİA.AZ: - Bakı Biznes Unversitetində maraqlı proseslər baş verməkdədir. Artıq sözü gedən unversitetdə baş alıb gedən korrupsiya halları barədə bir neçə xəbər portalarının mütamadi olaraq yaydığı məlumatlar Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin diqqətini çəkib. Elə bu baxımdan Bakı Biznes Unversitetinin (BBU) rektoru İbad Abbasov son zamanlar bərk narahatdır.

DİA.AZ-ın "AzeriNews.org"a istinadən verdiyi məlumata görə, BBU-da baş alıb gedən cinayət xarakterli məlumatlar daha gizlədilmədən yuxarı instansiyalara, o cümlədən Baş Prokurorluğa da ötürülür. Bu barədə mənbə bildirir ki, ötürülən bu cür məlumatların sayının birdən-birə kəskin şəkildə artmasından unversitet rəhbərliyi ciddi təşvişə düşdüb.

Xüsusilə də bir neçə xəbər portalında sözü gedən unversitetlə bağlı yayılan xəbərlər rektor İbad Abbasovu hərəkətə keçməyə sovq edib. Lakin İbad Abbasov mühüm şəxslərə "dil tapmaq" cəhdi boşa çıxdıqdan sonra narahatçılıq son həddə çatıb.

Mənbənin sözlərinə görə, qarşıdan gələn buraxılış və semestr imtahanları zamanı belə məlumatların təbii olaraq daha da çoxalacağı qaçılmaz olduğundan yerlərə xəbərdarlıq ediləcək. Ancaq İbad Abbasov bunun qarşısını almaq üçün unversitetdə rüşvət və korrupsiya hallarına qarşı mübarizə aparıldığı görüntüsü yaratmaq məqsədilə təcili olaraq bəzi "islahatlara" başlqmaq qərarına gəlib. Amma bu qeyri-qanuni əməliyyat barədə yuxarıların dəqiq məlumatlara malik olması isə İbad Abbasova yaxşı heç nə vəd etmir mənbə son olaraq bildirir.

Geri qayıt