Əsas Səhifə > Güney Press, Manşet, Araşdırma > İRAN ERMƏNİLƏRİ “SİONİST QÜVVƏ” ADLANDIRDI

İRAN ERMƏNİLƏRİ “SİONİST QÜVVƏ” ADLANDIRDI


7-10-2012, 13:17
İRAN ERMƏNİLƏRİ “SİONİST QÜVVƏ” ADLANDIRDI
O ZAMAN NƏDƏN ERMƏNİLƏRİN YANINDADIRLAR?

DİA.AZ: - İranın xüsusi xidmət orqanlarına yaxınlığı ilə seçilən “AranNews” pirtalı yeni təxribat üsulu seçib. Belə ki, bu günlərdə tədbirlərin birində azərbaycanlı tədqiqatçı alim Aydın Qarabağlının Qarabağın ermənilər tərəfindən işğalı ilə bağlı söylədiyi fikirlər fars-molla mətbuatı tərəfindən təhrif olunaraq, tədqiqatçının İsrail əleyhinə çıxışı kimi təqdim olunub.

DİA.AZ bildirir ki, bütün cəhdlərinə, hətta yaydıqları materialı “Azərbaycanın görkəmli tədqiqatçısı: Sionistlərin həm Qarabağ münaqişəsində, həm də Azərbaycanda baş verən son hadisələrdə müdaxilələri var” başlığı ilə təqdim etmələrinə baxmayaraq tədqiqatçımızın əslində hansısa sionist qüvvədən yox, elə düşmən ermənilərdən danışdığı gün kimi aydın olur. Buradan isə belə bir nəticə çıxır ki, molla mətbuatı erməniləri də “sionist qüvvə” hesab edirlər. O halda, nədən bu gün İran həmin SİONİST QÜVVƏ olan ermənilərin əsas dayaqlarından biri, birincisi rolunu uynayır?

Təxribatçı materialı diqqətinizə təqdim edirik və sizdən dediklərimizin şahidi olacaqsınız:

“Mənbəmizin 7-ci məntəqə üzrə İslam İnsan Hüquqları Komissiyasının ictimai əlaqələr şöbəsindən verdiyi məlumatına əsasən, Aydın Qarabağlı Səttarxanın evində keçirilən "Qafqaz Regionunda İnsan Haqlarında Son Dəyişikliklərin Araşdırılması" konfransında Qarabağ faciəsin işarə edərək bildirib: "Hər bir milləti məhv etmək üçün onun keçmişini məhv edirlər. Bu yönümdə indiyə kimi beş min azəri köklü coğrafi makan və adlar Ermənistanda məhv edilmişdir". Tədqiqatçı, bu günləri Qafqaz regionuna müharibə kölgəsinin hakim olduğunu bildirərək deyib: "Millətlər əgər bir-birlərindən uzaq olsalar, düşmənlər asanlıqla onları yox edə bilərlər. Ona görə də biz bir olmalı və vəhdətimizi qorumalıyıq".

Azərbaycanlı tədqiqatçı sionistlərin həm Qarabağ münaqişəsində, həm də Azərbaycanda baş verən son hadisələrdə əlləri olduğunu bəyan edərək artırıb: "Qarabağ, Azərbaycanın ayrılmaz bir hissəsidir və erməni qüvvələri bu bölgəni işğal ediblər".

O, bu regionda insan haqlarının pozulması barədə çoxlu dəlil və faktların beynəlxalq təşkilatlara təqdim edilməsini də açıqlayaraq deyib: "Ermənilərin əməlləri və onların xaricdəki muzdurlarının Qarabağ faciəsinə mürtəkib olmaları, insan haqlarının kobudcasına pozmalarına və beynəlxalq hüquq qanunlarına həyasızcasına etinasızlığına aşkar bir nümunə olmaqla yanaşı, müxtəlif Cenevrə konvensiyası, İnsan Haqları Bəyannaməsi, Uşaq və Qadın Beynəlxalq Nizamnaməsi ilə aşkar surətdə ziddir".

Azərbaycanın görkəmli tədqiqatçısı Aydın Qarabağlı, Qarabağda baş vermiş soyqırıma da işarə edərək deyib: "1992-ci ildə Xocalıda ermənilər tərəfindən törədilmiş faciə təkcə adi bir terror əməli deyil. Bu bütün bəşəriyyət əleyhinə baş vermiş misilsiz cinayət hadisəsidir"”.

Geri qayıt