Əsas Səhifə > Dünya > TÜRKİYƏ İLƏ SURİYA MÜHARİBƏ APARIR

TÜRKİYƏ İLƏ SURİYA MÜHARİBƏ APARIR


7-10-2012, 11:26
TÜRKİYƏ İLƏ SURİYA MÜHARİBƏ APARIR
AMMA TƏRƏFLƏR ÖZ ƏRAZİLƏRİNDƏ QALMAQLA

Türkiyə ilə Suriya sərhədində vəziyyət gərgin olaraq qalır. Ötən gün Türkiyə silalı qüvvələri Suriya ilə sərhəd rayonu olan Axçaqalaya doğru hərəkət etməyə davam ediblər. İkisi tank olmaqla ağır artilleriyadan ibarət olan hərbi konvoy gün boyu sərhəd bölgələrə nəzarət edir. Rəsmilərin sözlərinə görə, artıq 4-cü gündür ki, Türkiyə Suriya ordusunun hücumlarına məruz qalır. Ötən gün Qüvecci rayonuna iki raket mərmisi düşüb. Bununla belə heç kimin xəsarət almadığı bildirilir. Türkiyə hərbi qüvvələri isə dərhal hücumlara qarşı cavab verib.

Bu arada, fəalların sözlərinə görə, sərhəd bölgələrində üsyançılarla Əsəd ordusunun əsgərləri arasında döyüşlər olub. Suriya İnsan Haqları müşahidəçi qrupunun verdiyi məlumata görə, Homs və Hələb şəhərlərində baş vermiş qarşıdurmalarda azı 10 nəfər öldürülüb, 20 nəfər isə xəsarət alıb.

Paytaxt Dəməşqdə isə üsyançılar Suriya ordusuna məxsus helikopteri vurduqlarını iddia ediblər. Sosial mediyada yayımlanan kadrlarda helikopterin vurulması görüntüləri yayımlanıb.

Qeyd edək ki, BMT-nin hesablamalarına görə, Suriyada artıq 19 aydır ki, davam edən döyüşlərdə 25 mindən çox insan öldürülüb.

Geri qayıt