Əsas Səhifə > Hadisə > DAHA BİR UNİVERSİTETİMİZ YANDI

DAHA BİR UNİVERSİTETİMİZ YANDI


7-10-2012, 11:08
DAHA BİR UNİVERSİTETİMİZ YANDI
TƏXRİBATDIR, YOXSA TƏSADÜFİ HADİSƏ?

Ötən gecə Sumqayıt Dövlət Universitetində yanğın baş verib. APA-nın xəbərinə görə, yanğın universitetin əsas binasının birinci mərtəbəsində yerləşən oxu zalında olub.

Yanğın 120 kv.m ərazini əhatə edib. Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə briqadaları cəlb olunub.

Yanğınsöndürənlərin səyi nəticəsində alovun binanın digər hissələrinə keçməsinin qarşısı alınıb.

Yanğının baş vermə səbəbi araşdırılır.

Geri qayıt