Əsas Səhifə > Hadisə > PROREKTORUN QƏTLİ RƏSMİ DİLDƏ
PROREKTORUN QƏTLİ RƏSMİ DİLDƏ17-09-2011, 13:22 |
BAŞ PROKURORLUQ MƏLUMAT YAYDI Baş Prokurorluq və Bakı şəhər Baş Polis İdarəsi (BPİ) Təfəkkür Universitetinin prorektorunun qətli ilə bağlı birgə məlumat yayıb. Trend-in məlumatına görə, adıçəkilən qurumların mətbuat xidmətlərinin məlumatında deyilir ki, sentyabrın 16-da saat 08:00 radələrində Yasamal rayonu, Şərifzadə küçəsi, 527/21-ci məhəllə, ev 2A, mənzil 8-də yaşamış, 1942-ci il təvəllüdlü, Təfəkkür Universitetinin prorektoru vəzifəsində işləmiş Əhmədov Tariyel İbrahim oğlunun başının arxa təpə nahiyyəsində beyin sümüklərinin qəlpəli sınığı xəsarətləri ilə müşayət olunan meyiti Yasamal rayonu, Şərifzadə küçəsi 8 saylı ünvanda yerləşən yaşayış binasının qarşısındakı idman meydançasında aşkar edilib. Bakı şəhər prokurorluğu, Yasamal rayon prokurorluğu, Bakı şəhər Baş Polis İdarəsi və Yasamal rayon Polis İdarəsinin əməkdaşlarının, məhkəmə-tibb ekspertinin iştirakları ilə hadisə yerinə və meyitə baxış keçirilib, iş üçün əhəmiyyət kəsb edən maddi sübutlar götürülüb və digər zəruri təxirəsalınmaz istintaq-əməliyyat hərəkətləri aparılıb. Faktla bağlı Cinayət Məcəlləsinin qəsdən adam öldürmə (120.1-ci) maddəsi ilə cinayət işi başlanmaqla, Bakı şəhər prokurorluğunun və şəhər BPİ-nin əməkdaşlarından ibarət birgə istintaq qrupu yaradılıb. Hazırda iş üzrə şəhər prokurorluğunda intensiv istintaq-əməliyyat tədbirləri davam etdirilir. Geri qayıt |