Əsas Səhifə > Şou-biznes > NAZPƏRİ NİYƏ SEVİNİB?

NAZPƏRİ NİYƏ SEVİNİB?


6-10-2012, 11:45
NAZPƏRİ NİYƏ SEVİNİB?
AFAQ BƏŞİRQIZI İLƏ SƏNƏTÇİ ZARAFATLAŞIB

Sentyabrın 26-da Mərkəzi Neftçilər Xəstəxanasında ürəyindən əməliyyat keçirmiş xalq artisti, Musiqili Komediya Teatrının aktrisası Afaq Bəşirqızı özünü yaxşı hiss edir. Bu barədə əməkdaşımıza Nazpəri Dostəliyevanın prodüseri Mikayıl Hüseynov məlumat verib:

"İki gün öncə Nazpəri xanım Afaq Bəşirqızını ziyarət etmək üçün xəstəxanaya getmişdi. Afaq xanım özünü çox yaxşı hiss edir. Hətta Nazpəri xanımla zarafatlaşmağından da qalmayıb. Onlar doyunca söhbətləşiblər. Həkimindən öyrəndik ki, inşallah, ən qısa zamanda evə buraxılacaq. Bu xoş hadisə Nazpəri xanımı çox sevindirdi". \ milli.az \

Geri qayıt