Əsas Səhifə > Şou-biznes > MÜĞƏNNİLƏR YOL ÜSTƏDİRLƏR

MÜĞƏNNİLƏR YOL ÜSTƏDİRLƏR


6-10-2012, 11:44
MÜĞƏNNİLƏR YOL ÜSTƏDİRLƏR
BRİLLİANTLA RƏHİMİN YOLLARI HARADA BİRLƏŞƏCƏK?

Milli.Az-ın məlumatına görə, tanınmış bəstəkar-müğənni Rəhim Rəhimli özünün “Twitter” mikrobloqunda yazaraq bəyan edib ki, o, çox yaxın günlərdə xalq artisti Brilliant Dadaşova ilə birlikdə Azərbaycanın böyük şəhərlərindən olan Naxçıvanda konsert proqramı ilə çıxış edəcək.

Milli.Az-a açıqlamasında Rəhim yazdığı sözlərə belə haqq qazandırdı: “İlk başda konsert oktyabrın 7-nə planlaşdırılmışdı, ancaq danışıqlardan sonra ayın 12-də naxçıvanlılar qarşısında çıxış etməyə qərar verdik.

Konsert Naxçıvan Muxtar Respublikasının İcra Hakimiyyəti və Mədəniyyət Nazirliyinin dəstəyi ilə baş tutacaq. Brilliant xanımla yollarımın birləşəcəyi bu səfərdə musiqiçilərlə yanaşı, rəqqaslar da bizimlə olacaq”.

Geri qayıt