Əsas Səhifə > Güney Press, Üçüncü sektor > GÜLƏR ƏHMƏDOVANIN YENİ VİDEOSU YAYILDI

GÜLƏR ƏHMƏDOVANIN YENİ VİDEOSU YAYILDI


6-10-2012, 11:05
GÜLƏR ƏHMƏDOVANIN YENİ VİDEOSU YAYILDI
ELŞAD ABDULLAYEVDƏN DAHA BİR ŞOK VİDEOÇƏKİLİŞ

ABU-nun keçmiş rektoru Elşad Abdullayev Gülər Əhmədova ilə söhbətinin daha bir videoçəkilişini açıqlayıb. Modern.az bildirir ki, eks-rektor videoçəkilşi “Azadlıq” qəzetinə göndərib və müraciət edib.

“ Sevindirici haldır ki, dövlət rəsmilərinin də bu məsələ ilə bağlı susuqunluğuna nəhayət, son qoyulub. Prokurorluq tam əminəm ki, ölkə başçısının müdaxiləsindən sonra cinayət işi başlanıb, Gülər Əhmədova deputat mandatından imtina etməyə məcbur olub, MSK onun mandatının alınmasını təsdiq edib”.

“Son olaraq bir daha bildirirəm ki, mən video görüntülərin və audio yazıların indi yayılmasının əleyhinəyəm. Yenə də inanmaq istəyirəm ki, prezident İlham Əliyev ona ünvanladığım müraciəti nəzərə alaraq iş üzrə müstəqil istintaq komissiyası yaradılmasına göstəriş verəcək. O zaman mən əlimdə olan bütün materialları KIV-ə yox, məhz həmin komissiyaya təqdim edəcəyəm”-deyə E.Abdullayev müraciətində yazıb.

VİDEONU BURADA İZLƏ
Geri qayıt