Əsas Səhifə > Siyasət, Manşet > HANSI NAZİRİN OĞLU MƏŞHUR MÜĞƏNNİYƏ MESAJ YOLLAYIB?

HANSI NAZİRİN OĞLU MƏŞHUR MÜĞƏNNİYƏ MESAJ YOLLAYIB?


6-10-2012, 10:43
HANSI NAZİRİN OĞLU MƏŞHUR MÜĞƏNNİYƏ MESAJ YOLLAYIB?
QARA GÖZƏLÇƏ NAZİR OĞLUNUN TƏKLİFİNƏ TƏBƏSSÜMLƏ CAVAB VERİB

DİA.AZ: - Artıq Bakıda olan və dünən ilk məşqini keçirən dünya şğhrətli müğənni Rihanna elə dünən sevgi mesajı alıb. Adının çəkilməsini istəməyən mənbə bildirib ki, dünən məşq zamanı müğənni nazirlərimizdən birinin oğlundan 4 milyon müqabilində şam yeməyi dəvəti alıb.

Müğənninin təklifə təbəssümlə cavab verdiyi bildirilir. Amma onun mikrofona "no" dediyi də xəbər verilir. ( Xəbəri dəqiqləşdiririk).

Xatırladaq ki, may ayında "Eurovision 2012" müsabiqəsinin keçirildiyi "Bakı Kristal Zalı"nda şənbə günü konsert proqramı ilə çıxış edəcək. R&B şahzadəsi, beynəlxalq mükafatların, o cümlədən iki "Qremmi" mükafatının sahibi Bakıdakı çoxsaylı pərəstişkarlarını hit mahnılardan ibarət eksklüziv şou ilə sevindirəcək.

Rihanna ilə birlikdə ABŞ-dan Bakıya müğənninin 80 nəfərlik komandası da gəlib. Rihannanın Bakıdakı konsertinə müxtəlif ölkələrdən müğənninin çoxsaylı fanatlarının gələcəyi gözlənilir. Rihannanın Bakı konserti musiqi sənayesində piratçılıq ilə mübarizəyə həsr edilib. Konsert "Universal Music Group"un Azərbaycandakı nümayəndəsi "Omnikomo Music Group" şirkəti tərəfindən təşkil edilib.

Geri qayıt