Əsas Səhifə > Hadisə > XAÇMAZDA “MERCEDES” AĞACA ÇIRPILDI

XAÇMAZDA “MERCEDES” AĞACA ÇIRPILDI


6-10-2012, 10:35
XAÇMAZDA “MERCEDES” AĞACA ÇIRPILDI
QƏZADA XƏSARƏT ALANLAR VAR

Bu gün gecə saatlarında Gəndob-Yalama yolunun Xaçmaz rayonunun Nərəcan kəndi ərazisindən keçən hissəsində yol nəqliyyat hadisəsi baş verib.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, Xudatdan Xaçmaz istiqamətində hərəkətdə olan 30 yaşlı Xaçmaz şəhər sakini Şahin Quliyevin idarə etdiyi “Mercedes” markalı avtomobil yoldan çıxaraq ağaca çırpılıb. Nəticədə sürücü Şahin Quliyev ağır xəsarətlər alıb. Əraziyə Fövqəladə Hallar Nazirliyinin Şimal Regional Mərkəzinin xilasedici qrupu cəlb olunub. Sürücü əzilən maşından çıxarılaraq Xaçmaz Mərkəzi rayon Xəstəxanasına çatdırılıb.

Xəstəxanadan verilən məlumata görə, hazırda onun vəziyyəti normaldır.
Faktla bağlı araşdırma aparılır.

Geri qayıt