Əsas Səhifə > Ölkə > TƏRTƏRİN «MÜDAFİƏ NAZİRİ» VAR İMİŞ

TƏRTƏRİN «MÜDAFİƏ NAZİRİ» VAR İMİŞ


5-10-2012, 12:01
TƏRTƏRİN «MÜDAFİƏ NAZİRİ» VAR İMİŞ
RZA RÜSTƏMOV HƏRBİ HİSSƏLƏRƏ MÜDAXİLƏ EDİR

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Tərtər rayon şöbəsində sular durulmaq bilmir. Son zamanlar adı davamlı olaraq müxtəlif qalmaqallarda halldandırılan Dövlət Xidmətinin rəisi Rza Rüstəmov Tərtərdə yeni narazılıq mənbəyinə çevrilib. Bu dəfə narazılıq mənbəyi sə Rza Rüstəmovun Tərtərdə yerləşən hərbi hissələrin işlərinə müdaxilə etməsi ilə bağlıdır.

PİA.AZ-a daxil olan məlumata görə, adı bir sıra qanunsuzluqlarda və korrupsiya əməllərində hallandırılan Rza Rüstəmov mühüm vəzifə tutan himayədarlarına arxalanaraq rayon ərazisində dislokasiya olunmuş Müdafiə Nazirliyinin və digər hərbi qurumların hissələrininin işinə də müdaxilə edir. Belə ki, övladı döyüş bölgəsinə düşən valideynlər üçün "ümid mənbəyi"nə çevrilən Rütəmov ona tapşırılan əsgərləri düşmənlə üz-üzə olan postlardan aşağı gətirir, onları hərbi hissənin qərargalarındakı bölmələrə yerləşdirir. Təbii ki, buna görə, valideynlər Rütəmova "hörmət" etməli olurlar. Bu isə hərbi hissələrin zabit heyətində qıcıqla qarşılanır. Çünki Rza Rüstəmov birbaşa onların işlərinə müdaxilə edir və hərbi hmssələrdə əsgərlər qarşısında zabitlərin avtoritetinə ağır zərbə vurur.

Hərbi hissə zabitlərindən birinin verdiyi məlumata görə, vəziyyət elə bir həddə çatıb ki, Rütəmov özünü Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Tərtər rayon şöbəsinin rəisi kimi deyil, bölgənin «Müdafiə naziri» kimi aparır. Hətta o, zabitləri belə təhdid etməkdən çəkinmir.

Bakıdakı əlaqələrinə görə Rza Rüstəmovun heç bir sözünə yox deyə bilməyən hərbi hissə komandirləri ilə bu üzdən zabit heyəti arasında ciddi problemlər meydana çıxır.

Qarşı tərəfində mömövqeyini dərc etməyə hazırıq…

Geri qayıt