Əsas Səhifə > Cəmiyyət > "BAKIELEKTRİKŞƏBƏKƏ"DƏ SÖYÜŞCÜL ŞƏBƏKƏ VAR

"BAKIELEKTRİKŞƏBƏKƏ"DƏ SÖYÜŞCÜL ŞƏBƏKƏ VAR


5-10-2012, 10:23
"BAKIELEKTRİKŞƏBƏKƏ"DƏ SÖYÜŞCÜL ŞƏBƏKƏ VAR
1-Cİ QRUP ƏLİLİ NİYƏ DİNLƏMİRLƏR?

DİA.AZ: - "Bakıelektrikşəbəkə" ASC-yə daxil olmuş I qrup əlilin ərizəsinin necə araşdırılması ilə əlaqədar faktı diqqətinizə çatdırmaqla bu qurumda vətəndaşlara hansı səviyyədə xidmətin göstərildiyinidiqqətinizə çatdırmaq istəyirik. Əslində hər kəs nəyin necə olduğunu gözəl bilir.

Xəzər rayonunun Binə qəsəbəsi, keçmiş "donuzçuluq sovxozu" adlandırılan ərazidə yaşayan I qrup əlil Rzayev Vaqif Əjdər oğlu həyətlərinin tən ortasından keçən və həyat üçün təhlükəli olan elektrik naqillərinin istiqamətinin dəyişdirilməsi barədə bu ilin avqust ayında "Bakıelektrikşəbəkə" ASC-yə ərizə ilə müraciət edir. Ərizədə bildirilir ki, bu naqillərin həyətin ortasından keçməsi çox təhlükəlidir. Əgər naqillər qırılarsa, uşaqların, elə böyüklərin də həyatı təhlükədə olar.

DİA.AZ bildirir ki, birinci qrup əlilin ərizəsi "Bakıelektrikşəbəkə" ASC-də e-12/0681 nömrəsi ilə qeydə alınır. Bundan sonra, sanki quyuya bir daş atılır. Ərizənin icrası ilə maraqlanan olmur. Dəfələrlə "Bakıelektrikşəbəkə"yə zənglər olduqdan sonra məlum olur ki, ərizəni tədbir görülməsi üçün Xəzər Rayon Enerji Təchizatı və İstismarı İdarəsinə göndəriblər. Bundan sonra idarənin rəisi Mahir Əliyevə günlərlə zəng vurulsa da, "Bakıelektrikşəbəkə" ASC tərəfindən verilmiş 554-42-37 nömrəli telefonu götürən olmur.

Yenidən "Bakıelektrikşəbəkə" ASC-yə müraciət olunur. Bundan sonra nəhayət, sentyabrın sonlarında idarədən iki nəfər gəlib I qrup əlilin şikayət ərizəsi ilə yerində tanış olur və tədbir görmək əvəzinə... Şikayətçinin ünvanına təhqiramiz ifadlər işlədərək onu qohum - qonşu yanında pərt edirlər.

Bu da ənənvi sonluq...

Geri qayıt