Əsas Səhifə > Hadisə > BİNƏQƏDİDƏ ƏCNƏBİ QADININ İYLƏMİŞ MEYİTİ TAPILIB

BİNƏQƏDİDƏ ƏCNƏBİ QADININ İYLƏMİŞ MEYİTİ TAPILIB


5-10-2012, 09:49
BİNƏQƏDİDƏ ƏCNƏBİ QADININ İYLƏMİŞ MEYİTİ TAPILIB
ONU QƏTLƏ YETİRİBLƏR

Bakıda dəhşətli qətl törədilib.

Bu barədə APA-ya Binəqədi rayon Polis İdarəsindən bildirilib.

1980-ci il təvəllüdlü Tinko Anjelanın şişmiş və iylənmiş meyiti yaşadığı evdə tapılıb. Meyitə ilkin baxış keçirilərkən qadının üzərində xəsarətlər aşkar edilib.

Həyata keçirilən tədbirlər nəticəsində qətli törədən şəxsin kimliyi müəyyənləşib. Hazırda polis həmin şəxsin tutulması istiqamətində əməliyyat-axtarış tədbirlərini davam etdirir.

Geri qayıt