Əsas Səhifə > Gündəm, Manşet > HANSI İCRA BAŞÇISININ ƏLİ GÖYDƏ QALIB?

HANSI İCRA BAŞÇISININ ƏLİ GÖYDƏ QALIB?


3-11-2011, 14:38
HANSI İCRA BAŞÇISININ ƏLİ GÖYDƏ QALIB?

NAZİR MÜAVİNİ BAHALI HƏDİYYƏDƏN NİYƏ İMTİNA ETDİ?

DİA.AZ: - Redaksiyamıza çox maraqlı bir məlumat daxil olub. Məmurlardan birinə yaxın qaynağın verdiyi informasiyadan aydın olur ki, bu günlərdə icra başçılarından biri Bakıda özünə ad günü keçirən bir nazir müavininə bahalı hədiyyə etmək istəyib və bu zaman problem yaşayıb.

Bəri başdan bildirək ki, həm icra başçısının və həm də nazir müavininin adı redaksiyamıza məlumdur. Sadəcə olaraq, bu faktları ikinci bir mənbənin təsdiqləməməsi səbəbindən əlavə bilgi vermədən yalnız hadisəni diqqətinizə çatdırmaq qərarına gəldik.

Məlumatı verən qaynaq iddia edir ki, icra başçısı həmin nazir müavininə yaltaqlanmaq üçün ona «Nissan-Qaşqay» markalı avtomobil hədiyyə etsə də, onun hədiyyəsi qəbul olunmayıb: «Buna səbəb həmin icra başçısının həmin nazir müavini ilə əvvəllər xoş münasibətdə olması, sonradan bu münasibətlərin məhz icra başçısının buraxdığı yanlışlıq səbəbindən pozulmasıdır».

Mənbəmiz bildirir ki, icra başçısı hədiyyəsinin bahalı olmasına güvənərək restoranlardan birində keçirilən mərasimə qatılan bütün qonaqların qarşısında söz alıb və hədiyyəsini, yəni maşının açarını nazir müavininə təqdim etmək istəyib: «Bu zaman nazir müavini kimsənin gözləmədiyi şəkildə tamadanın çağırışlarını qulaqardına vurub və yanındakı köməkçisi vasitəsilə çatdırıb ki, mən belə bir xaiinin hədiyyəsini qəbl etmərəm».

Bundan sonra pərt olmuş icra başçısının mərasimi tərk etdiyi bildirilir. Onu da qeyd edək ki, yaxın günlərdə bu olayla bağlı daha dolğun məlumatları diqqətinizə çatdıracağıq. Bizi izləyin…


Geri qayıt