Əsas Səhifə > Ölkə, Manşet > AYAZ MÜTƏLLİBOV PARLAMENTƏ GƏTİRİLƏ BİLƏR

AYAZ MÜTƏLLİBOV PARLAMENTƏ GƏTİRİLƏ BİLƏR


4-10-2012, 12:38
AYAZ MÜTƏLLİBOV PARLAMENTƏ GƏTİRİLƏ BİLƏR
GÜLƏR ƏHMƏDOVANIN YERİNƏ NAMİZƏD TAPILDI

DİA.AZ: - Deputat mandatından məhrum edilmiş sabiq millət vəkili Gülər Əhmədovanın təmsil olunduğu dairə üzrə yenidən deputat seçkilər keçirilməlidir. Bildirək ki, bu məsələ Azərbaycan Respublikasının Konstitusiyasında öz əksini tapıb. Belə ki, Konstitusiyanın 87-ci maddəsinə görə, Azərbaycan Respublikası Milli Məclisi deputatlığından çıxanların yerinə seçkilər yalnız AR Milli Məclisinin səlahiyyət müddətinin bitməsinə 120 gündən az müqddət qalarsa, keçirilmir.

Konstitusiyanın 84-sü maddəsinə əsasən AR Milli Məclisinin deputatlığından şıxanların yerinə yeni seçkilər keçirilərsə, yeni seçilən deputatın səlahiyyət müddəti deputatlıqdan çıxanın qalan səlahiyyət müddəti ilə məhdudlaşır. Xatırladaq ki, G. Əhmədova 2010-cu ildə 34 saylı Xətai ikinci seçki dairəsindən deputat seçilmişdi.

Bununla bağlı DİA.AZ-a daxil olan məlumatlardan isə aydın olur ki, Gülər Əhmədovanın mandatının ləğvindən sonra boş qalan deputat yerinə iqtidarın ciddi mövqe sahibi olan dairələrindən maraqlı bir fiqurun adı namizəd kimi səsləndirilib. Məlumatlı qaynağın iddialarına görə, həmin çevrələr eks-prezidentlər haqqında qanunun qəbulundan sonra 20 illik həsrətə son qoyaraq, Azərbaycanda yaşama hüququ əldə etmiş keçmiş prezident Ayaz Mütəllibovun adaylığını irəli sürüblər.

Qeyd edək ki, Mütəllibov hələ Azərbaycana gəlməmişdən əvvəl yerli mətbuata verdiyi müsahibəsində bildirmişdi ki, o, kiçik dövləti vəzifədə çalışıb, faydalı ola bilər. Və keçmiş prezidentin vətənə dönüşündən sonra yayılan məlumatlarda qeyd olunurdu ki, siyasətdən getdiyini elan edən Ayaz Mütəllibovdan prezident seçkiləri ərəfəsi gen-bol istifadə olunacaq.

İndi isə aydın olur ki, hakimiyyət həm də Mütəllibovu mandatla mükafatlandırmağı düşünür. Mənbəmizin söylədikləri: «Ayaz Mütəllibov kimsə tərəfindən kiçildilməməlidir. Onun bu gün də Şirvan eloktoratı arasında böyük nüfuz sahibi olduğu faktdır. Həmin bölgədə isə İranın populyarlığını nəzərə aldıqda Ayaz Mütəllibovun hakimiyyət üçün əslində nədən vacib fiqur olduğunu təxmin etmək asanlaşır».

Geri qayıt