Əsas Səhifə > Cəmiyyət > BİLƏSUVARIN BAŞÇISINDAN UTANCVERİCİ ADDIM
BİLƏSUVARIN BAŞÇISINDAN UTANCVERİCİ ADDIM4-10-2012, 12:14 |
MAHİR QULİYEV MİLLİ QƏHRƏMANIN ATASINI ŞƏRLƏYİR Biləsuvar rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyev Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun atası Ağakərim kişini gözümçıxdıya salıb. Bu barədə məlumatı TİA.AZ-a rayon sakinləri veriblər. Məlumatda deyilir ki, Mahir Quliyevlə şəhid qəhrəmanımızın atası arasında ixtilafın yaranmasının başlıca səbəbi onun daha da nüfuzlu olması və rayonda hər kəsin Ağakərim kişiyə böyük hörmətlə yanaşmasıdır. Bildiriblər ki, icra başçısı bunu qısqanclıqla qarşılayaraq, ona qarşı kin bəsləməyə başlayıb. Quliyevin daha da aqressivləşməsinin pik həddə çatması isə Mübariz İdrahimovun atasına ikinci maşının hədiyyə olunmasından sonra başlayıb. TİA.AZ-a danışan biləsuvarlılar deyirlər ki, birinci maşını məşhur azərbaycanlı iş adamı Mübariz İbrahimovun bağışlayıb. Bu yaxınlarda isə ikinci avtomobil Ağakərim kişini qapısına gətirilib və bunu da Rusiyada yaşayan azərbaycanlı iş adamları hədiyyə olaraq veriblər. Bundan sonra isə icra başçısı baş verənləri qəbul etməməyə başlayıb. Məlumatda deyilir ki, Mahir Quliyevin bəzi hərəkətləri rayon sakinlərinin qəzəbinə səbəb olub. Belə ki, icra başçısı bir neçə məclisdə açıq şəkildə Ağakərim İbrahimovu «İran cəsusu» adlandırıb. Bundan xəbər tutan sakinlər də bir neçə dəfə məclisdə icra başçısına etirazlarını bildiriblər. Və xəbərdarlıq olunub ki, bu şəkildə davam edərsə, ciddi problem yaranacaq. Sakinlər deyirlər ki, icra başçısı yenə də dediyindən qalmır. Bu isə Biləsuvarda vəziyyəti pisləşdirib. Məlumata görə, əhali Mahir Quliyevin hərəkətlərindən bərk hiddətləniblər. Hətta o da iddia olunur ki, əgər bu şəkildə davam edərsə, rayonca etiraz aksiyaları start götürəcək. Geri qayıt |