Əsas Səhifə > Dünya > TÜRKİYƏ-SURİYA MÜHARİBƏSİ BAŞLAYIR?

TÜRKİYƏ-SURİYA MÜHARİBƏSİ BAŞLAYIR?


4-10-2012, 08:42
TÜRKİYƏ-SURİYA MÜHARİBƏSİ BAŞLAYIR?
ARTIQ BMT-NİN XEYİR-DUASI ALINIR

Türkiyə Suriyada bir neçə nöqtəyə zərbə endirib. APA-nın xəbərinə görə, bu barədə Türkiyə Nazirlər Kabinetinin yazılı açıqlamasında bildirilib.

Açıqlamaya görə, Suriya hökumətinə aid olan silahlı qüvvələrin oktyabrın 3-də Türkiyənin Şanlıurfa rayonunun Ağçaqala qəsəbəsində 5 Türk vətəndaşının nəfərin ölümü, 9 nəfərin yaralanması ilə nəticələnən silahlı zərbələrinə cavab verilib.
“Bu mənfur hücuma sərhəddə yerləşən silahlı qüvvələrimiz anında cavab verib. Suriya ərazisində radarla təsbit edilən nöqtələrə dərhal zərbələr endirilib, hədəflər vurulub”.

Açıqlamada daha sonra göstərilib ki, baş nazir Rəcəb Tayyip Ərdoğanın təlimatı ilə dərhal Xarici İşlər Nazirliyi diplomatik məlumatlandırmaya başlayıb. BMT baş katibi Ban Ki Moon və BMT Təhlükəsizlik Şurasının üzvü olan bəzi ölkələrin xarici işlər nazirləri ilə telefon danışıqları aparılıb.

Bu çərçivədə NATO baş katibi Anders Fogh Rasmussenlə də telefonla danışılıb, NATO Baş Məclisinin dərhal toplaşması barədə razılıq əldə edilib.
Türkiyə bu olaya görə sərt təpki verərək, məsələyə beynəlxalq hüquq çərçivəsində yanaşılmasına çağırıb.

Bəyanatda Suriya rejiminin türk xalqının təhlükəsizliyini təhdid edən hərəkətlərinin cavabsız buraxmayacağı bəyan edilib.

***

Rəsmi Ankara BMT-nin Təhlükəsizlik Şurasına müraciət edib ki, Suriya Türkiyəyə qarşı aqressiv hərəkətləra son qoysun və bu ölkənin suverenliyinə hörmətlə yanaşsın.

BMT-nin TŞ-ında sədrlik edən Qvatemala nümayəndəsi Hert Rozintala ünvanlanan məktubda deyilir ki, Türkiyənin Şanlıurfa rayonunun Suriyaya tərəfindən atəşə tutulması “təcavüz aktıdır”.

Hal-hazırda Təhlükəsizlik Şurası insidentlə bağlı birgə bəyanatın ilkin versiyasını müzakirə edir.

Bildirilir ki, ümumilikdə TŞ-ı Türkiyənin Suriya tərəfindən “təcavüz aktına” məruz qalması faktı ilə razıdır.

Geri qayıt