Əsas Səhifə > Ölkə > HƏDƏFDƏ RAMİZ MEHDİYEVDİR

HƏDƏFDƏ RAMİZ MEHDİYEVDİR


3-10-2012, 11:40
HƏDƏFDƏ RAMİZ MEHDİYEVDİR
SEÇKİLƏRİ RAMİZ MEHDİYEVSİZ KEÇİRMƏK PLANI VAR

Son günlər baş verən video qalmaqal bir sıra mətləblərə aydınlıq gətirdi. İlk növbədə aydın oldu ki, hakimiyyətdaxili quruplaşmalar yetərli qədər aktivləşib və onların fəaliyyətində açıq şəkildə kənar müdaxilələr var. Dünənə qədər hansısa quruplaşma sırfa biznes maraqlarını qorumaq, daha çox imkanlara sahib olmaq üçün çalışırdısa, indi bu quruplaşmlar daha geniş siyasi oyunların iştirakçılarıdır və başqa dövlətlərin onlar üzərində ki, nəzarəti artıb. Bəs son olay hansı oyunların başlanığıcı kimi xarakterizə oluna bilər?

Hadisələrin baş verdiyi anı və sonrakı gedişatı təhlil edəndə ortaya çıxan fakt budur ki, olaylar 2013-cü il prezident seçkilərinə yönəlib və bu proses qurbanlarsız ötüşməyəcək. Hazırda hakimiyyət olayın passivləşməsinə çalışır və qurbanların diqqət mərkəzində olmaması xəttini tutub. Amma qatar artıq tərpənib və demək olar ki, bu tərpəniş yeni şərtlər tələb edir. Şərtlər nədən ibarətdir?

-Hakimiyyət daxilində mütləq və mütləq yerdəyişmələr həyata keçirilməlidir

-Gizli büdcəyə təsir etmə imkanları olan oliqarx-nazirlərin imkanları məhdudlaşdırılmalıdır

-Rusiya və fransa ilə sıx bağlılığı olan quruplaşmaların fəaliyyəti məhdudlaşdırılmalıdır.

Çünki bunlar olmazsa bunun tam əksini görəcəyik. Belə ki, hazırda onların ilk hədəfi açıq şəkildə görünür. Hədəf kimdir?

Aparılan təhlillər sübut edir ki, bu gün hədəf prezident İlham Əliyev deyil. Amma prezident İlham Əliyevin hədəf olmasına hazırlıq görülür və ən uzağı aprel ayında İlham Əliyevə qarşı total kompaniya başlayacaq. İndilikdə isə İlham Əliyev hakimiyyətinin ən adayanaqlı simalarından olan PA rəhbəri Ramiz Mehdiyev hədəfə alınır. Proseslər sübut edir ki, Ramiz Mehdiyevlə bağlı ciddi kompromat savaşı başlayacaq və burda bir neçə məqsəd güdülür.

1. Ramiz Mehdiyev ona görə hədəfə alınır ki, bir sıra oliqarx məmurlar istefaya göndərilmələrini ən azından ləngidə bilsinlər

2. Ramiz Mehdiyev o səbəbdən hədəfə alınır ki, hakimiyyətdaxili quruplaşmalar arasındakı balans pozulsun

3. Ramiz Mehdiyev o səbəbdən hədəfə alınır ki, 2013-cü il prezident seçkilərinə İlham Əliyev dağınıq komanda ilə getsin.

Ekspertlər hesab edir ki, bu gün Ramiz Mehdiyevin sıradan çıxarılmasına cəhd əslində mövcud idarəetmənin iflası ilə sonunclanacaq və bunu görən rəqiblər bu dəfə fürsəti əldən buraxmaq niyyətində deyillər. (pat.az)

Geri qayıt