Əsas Səhifə > Ölkə > ERMƏNİLƏRDƏN NAZİR OĞLUNA ZƏRBƏ
ERMƏNİLƏRDƏN NAZİR OĞLUNA ZƏRBƏ3-10-2012, 11:35 |
“ZQAN” HOLDİNQİN SAYTINA DÜŞMƏN ƏL GƏZDİRİB ZQAN Holdinqin internet səhifəsi erməni xaker qrupu tərəfindən hücuma məruz qalıb. Erməni xakerlər saytı sındıraraq əsas səhifəsində “Contact Us” düyməsi əvəzində “Armenian Cyber Army – CAC” yazısı yerləşdiriblər. ZQAN Holdinqdən “Qafqazinfo”ya verilən məlumata görə, xaker hücumu holdinqin tam yeni saytının yaranması prosesi ərəfəsinə düşüb və bununla əlaqədar olaraq holdinq köhnə saytının bərpası əvəzinə yeni internet səhifəsini istifadəyə verəcəyini qərarlaşdırıb. Sentyabr ayının sonlarından etibarən ZQAN holdinqin rəsmi internet səhifəsi erməni xaker qrupunun hücumuna məruz qaldığına görə saytın fəaliyyətini dayandırmışıq. Xaker hücumu yeni saytımızın hazırlanması prosesi ilə eyni vaxta düşdüyü üçün, bərpa işləri aparılmır və holdinq tam yeni internet səhifəsini bu ilin sonlarında istifadəyə verməyi planlaşdırıb. Qeyd edim ki, yeni sayt daha yüksək təhlükəsizlik proqramları ilə qorunacaq və bu cür halların qarşısı alınacaqdır” – deyə holdinqin İT mütəxəssisi bildirib. Qeyd edək ki, ZQAN Holdinqin yeni internet səhifəsinin təqdimatı bu ilin sonlarına təsadüf edəcək. Holdinq inşaat məhsullarının istehsalı, bank işi, sığorta, telekommunikasiya, mehmanxana işi və sağlamlıq-istirahət mərkəzləri, inşaat, nəqliyyat və yükdaşıma, eləcə də daşınmaz əmlak və onun idarə edilməsi kimi sahələrdə fəaliyyət göstərən şirkətlərə rəhbərlik edir. Qeyd edək ki, ZQAN Holdinq Azərbaycanın nəqliyyat naziri Ziya Məmmədova məxsusdur və onun prezidenti Z. Məmmədovun oğlu Anar Məmmədovdur. Geri qayıt |