Əsas Səhifə > Güney Press, Araşdırma > TALEH QARAŞOV "VURULUR"

TALEH QARAŞOV "VURULUR"


3-10-2012, 10:24
TALEH QARAŞOV "VURULUR"
LƏNKARANIN İCRA BAŞÇISI TƏKCƏ İŞİNİ İTİRMƏYƏCƏK

Lənkaranın icra başçısı Taleh Qaraşov bu yaxınlarda vəzifəsinə əlvida deyə bilər. Bu barədə məlumat verən mənbənin sözlərinə görə, hazırda Prezident Administrasiyasından gələn göstərişlər əsasında icra başçısının fəaliyyəti ciddi yoxlanılır.

Məlumatlarda həmçinin bildirilir ki, icra başçısı vəzifədən kənarlaşdırılmaqla yanaşı həbs edilə də bilər: "Artıq neçə müddətdir ki, Prezident Administasiyasının əməkdaşları rayonda yoxlamalar aparır. İcra başçısının fəaliyyəti ciddi şəkildə araşdırılır. Taleh Qaraşovun taleyi bu yoxlamaların nəticəsindən asılı olacaq. İcra başçısının fəaliyyətində aşkarlanan xırda bir nöqsan onun vəzifəsilə vidalaşmasına və həbs edilməsinə səbəb ola bilər. Taleh Qaraşovun da digər icra başçıları kimi fəaliyyət göstərdiyini, hətta bir qədər də artıq özbaşınalığa yol verdiyini nəzərə alsaq, onun aqibətinin acınacaqlı olacağını indidən söyləmək olar",- deyə mənbə bildirir. \ "AzeriNews" \

Geri qayıt