Əsas Səhifə > Siyasət, Manşet > HEYDƏR ƏSƏDOV OLİQARXLARIN HƏDƏFİNDƏ

HEYDƏR ƏSƏDOV OLİQARXLARIN HƏDƏFİNDƏ


3-10-2012, 08:59
HEYDƏR ƏSƏDOV OLİQARXLARIN HƏDƏFİNDƏ
HESABLAMA PALATASI ŞİRKƏT VƏ MÜƏSSİSƏLƏR ÜÇÜN QORXU MƏNBƏYİDİR

DİA.AZ: - Yaxın vaxtlarda Hesablama Palatasının sədri Heydər Əsədovun yola salınacağı gözlənilir. Redaksiyamıza daxil olan məlumatlara görə, Heydər Əsədovun son bir neçə ildə büdcə təşkilatlarında və xaricdə fəaliyyət göstərən diplomatik korpuslarda apardığı yoxlamalar müəyyən şübhələrin yaranmasına gətirib çıxarıb.

Daxil olan məlumatlarda bildirilir ki, bu yaxınlarda Prezident Administrasiyasındakı (PA) müzakirələr zamanı bu qənaətə gəlinib ki, Heydər Əsədov yoxlama adı altında öz məqsədlərini həyata keçirib. Hətta H.Əsədovun adamlarının hansı vəzifə sahibindən nə qədər "haqq" aldıqdan sonra onları "təmizə çıxartdıqları" barədə də PA-da məlumatlar yer alıb. Bununla belə Heydər Əsədovla əlaqəli olan firma və şirkətlərin də siyahıya alındığı deyilir. Bildirilir ki, Heydər Əsədovun çox sakit şəkildə vəzifədə işlədiyi bu illər ərzində qazancının nə qədər olduğu da araşdırılıb.

Bir başqa qaynaqlar isə DİA.AZ-a bildiriblər ki, əslində Heydər Əsədovun son zamanlar ayrı-ayrı dövlət strukturlarını hədəfə alması oliqarx-məmurlardan bəzilərinin qəzəbinə nədən olub. Bu barədə mənbənin söylədikləri: “Bu gün Hesablama Palatası əslində oliqarx-məmurların himayə etdiyi şirkətlərin və hətta bir sıra dövlət müəssisələrinin qorxulu röyasına çevrilib. HP-dən gələnlər öz haqqlarını aldıqdan sonra maliyyə nazirliyi və ardınca da digər müvafiq dövlət qurumları eyni obyektlərə çökür ki, bunun da təsadüfi olmadığı müəyyənləşib”.

Mənbəmiz iddia edir ki, əslində ortada konkret bir sistem var: “Bu sistem üzrə hərəkət edilir və hədəfə alınan şirkət son qəpiyinə qədər rəsmən talan edilir. Və bu gün bütün bunların baş verməsində hakimiyyətin bir qanadı müstəsna rol oynayır. Nəticədə iqtidarın digər qolları narazı düşmüş sayılır”.

Məlumatlara görə, artıq bu kimi həmlələrdən yorulan oliqarx-məmurlar enində-sonunda Heydər Babayevin torbasını tikməyə müvəffəq olublar: “Artıq bu adamla bağlı hakimiyyətin ən üst düzəyində mənfi rəy yaradılıb. Geriyə qalanı isə yalnız onun nə zaman istefaya göndəriləcəyidir”.

Geri qayıt