Əsas Səhifə > Ölkə > VƏKİL VƏKİLLƏR KOLLEGİYASINA QARŞI

VƏKİL VƏKİLLƏR KOLLEGİYASINA QARŞI


3-11-2011, 11:59
VƏKİL VƏKİLLƏR KOLLEGİYASINA QARŞI

İDDİAYA MƏHKƏMƏ BAXACAQ

Bu gün saat 12-də Nəsimi rayon məhkəməsində hakim Etibar Hümbətovun sədrliyi ilə vəkil Xalid Bağırovun Vəkillər Kollegiyasına qarşı iddiasına baxılacaq. Avqustun 24-də Vəkillər Kollegiyasının Rəyasət Heyətinin iclasında İntizam Komissiyasının rəyinə əsasən Vəkillər Kollegiyasının üzvü, 6 saylı hüquq məsləhətxanasının vəkili Xalıd Bağırov 1 il müdətinə vəkillik fəaliyyətindən uzaqlaşdırılıb.

Kollegiya bu qərarı verərkən Bakı Şəhər Baş Polis İdarəsinin rəisi Rafiq Abbasovun şikayətinə əsaslanıb. General R.Abbasov vəkil X.Bağırovu «Bizim Yol» qəzetinə verdiyi açıqlamada polisin adına ləkə gətirən məlumatlar yaymaqda ittiham edib. X.Bağırov adıçəkilən açıqlamada bir müddət öncə polis bölməsində dünyasını dəyişən Elvin Əsgərovun yıxılaraq deyil, polislər tərəfindən döyülərək öldürüldüyünü bildirmişdi.


Geri qayıt